Əbu Zeyd Xaricə ibn Zeyd ibn Sabit əl-Ənsari ən-Nəccari (; ) — tabiin dövründə yaşamış mədinəli yeddi fəqihdən biri.
Bioqrafiyası Hicri 29-cu (650) ildə dünyaya gəlib. Atası Zeyd ibn Sabitdir.
O, miras və fəraiz sahələrində dərin biliyə sahib bir şəxs olmuşdur. İbn Səd onu "kəsirül-hədis" adlandırmışdır. O, Ömər ibn Əbdüləzizin fətva heyətinin üzvü olmuşdur.
Xaricə ibn Zeyd hicri 100-cü (718) ildə vəfat etmişdir. Cənazə namazı Mədinə valisi Əbu Bəkr ibn Həzm tərəfindən qıldırılmışdır.
İstinadlar
Kateqoriya:Tabiinlər