Əbu Məhəmməd Musa ibn Uqbə ibn Əbi Əyyaş əl-Qureyşi əl-Əsədi əl-Mədəni (; ) — ilk məğazi müəlliflərindən biri. Tabiin nəslinə mənsubdur. Zəhəbi onun məğazi janrında əsər yazan ilk şəxs olduğunu qeyd etmişdir.
Bioqrafiyası Həyatı haqqında kifayət qədər məlumat yoxdur. Bəzi rəvayətlərə istinadla hicri 55-ci və ya 60-cı ildə doğulduğu güman edilir. Zübeyr ibn Əvvamın mövlası olan bir ailəyə mənsub olduğu üçün nisbələri "Qureyşi" və "Əsədi"dir. Onun Zübeyr ibn Əvvamın həyat yoldaşı Ümmü Xalidin mövlası olduğu da nəql edilmişdir. O, həmçinin Ümmü Xaliddən hədis də dinləmişdir. Abdullah ibn Ömər, Ənəs ibn Malik və Səhl ibn Sədlə görüşdüyü üçün tabiindən hesab olunur. Musa, Mədinə şəhərində yaşamış və orada da vəfat etmişdir.
O, "Kitabül-Məğazi"nin müəllifidir. Malik ibn Ənəs bu əsəri "səhih" hesab etmişdir. Bu əsərə doktorluq dissertasiyası da yazılmışdır.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:VIII əsr ərəbləri