Fatma Rasim qızı Hacıyeva () — Azərbaycan alimi və ginekoloqu, tibb elmləri doktoru, Özbəkistan Respublikası Mama-Ginekoloqlar Assosasiyasının fəxri professoru və fəxri üzvü.
Həyatı Fatma Hacıyeva 1979-cu ildə Bakıda anadan olub. Əslən qədim Borçalı mahalındandır. 1995-ci ildə Bakıdakı 7 saylı orta məktəbi əla qiymətlərlə bitirərək N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 2001-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
2001–2002-ci illərdə F. Əfəndiyev adına Xəstəxananın bazasında fəaliyyət göstərən endokrinologiya şöbəsində internatura keçib. 2005–2007-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb Universitetinin Mamalıq və ginekologiya kafedrasında kliniki ordinatura keçərək mama-ginekoloq ixtisası alıb.
2008-ci ildə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun "Mamalıq" elmi bölməsinə elmi işçi vəzifəsinə qəbul olunub. 2017-ci ildə həmin institutun "Mamalıq" elmi bölməsinin böyük elmi işçisi seçilib. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını almış və institutun "Ginekologiya" şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
2013-cü ildə "İnfeksion mənşəli erkən vərdişi düşüklərdə lokal immun göstəricilərin diaqnostik əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2020-ci ildən 2023-cü ilə qədər TƏBİB-in Doğuşayardım İşçi qrupunun rəhbəri, Azərbaycanın Cənub bölgəsinin kuratoru olmuşdur.
2020-ci ildən İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında mamalıq və ginekologiya fənnini tədris edir.
2024-cü ildə "Zahılıq dövrünün iltihabi ağırlaşmalarının erkən proqnozlaşdırılması və profilaktikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 2025-ci ildə Özbəkistan Respublikası Mama-Ginekoloqlar Assosasiyasının fəxri professoru və fəxri üzvü seçilmişdir.
100-dən çox yerli və beynəlxalq konfrans və təlimlərdə iştirak etmişdir. Mamalıq-ginekologiya və idmançılara tibb yardım sahəsində 8 kitabın (2 monoqrafiya, 6 dərs vəsaiti) müəllifidir. 90-dan çox elmi əsərləri yüksək indeksləşmiş elmi bazalarda çap olunmuşdur.
Bir çox Azərbaycan idman federasiyaları tərəfindən mükafatlara layiq görülümüşdür. 2011-ci ildə İngiltərənin I Mama ginekoloqların və androloqların konqresində (WCOGA) elmi işinin yekunlarının poster prezentasiyası qızıl medala layiq görülüb.
Üzvlüyü FİGO – (International Federation of Gynaecology and Obstetrics) ISGE – (International Society for Gynaecological Endocrinology) USOUG – (International Society of Ultrasound in Obstetrics and Gynecology) TJOD – (Türk Jinekoloji ve Obstetri Derneği) ISUOG – (International Society of Ultrasound in Obstetrics and Gynecology) ISIDOG – (İnternational Society of İnfectious Diseases Obstetrics and Gynecology) WATOG – (The World Association of Trainees in Obstetrics & Gynecology) РОАГ – (Российское общество акушеров-гинекологов) Özbəkistan Mama-Ginekoloqlar Assosiasiyası ESGE – European Society for Gynaecological Endoscopy
Kitabları Raman spektroskopiyası tibbdə. Bakı: Müəllim nəşriyyatı, 2018 (C. F. Qurbanova) Hamiləlikdə və zahılıqda təxirəsalınmaz hallar. Bakı: Müəllim nəşriyyatı, 2019 Zahılıq dövrünün infeksion-iltihabi ağırlaşmalarının erkən proqnozlaşdırılması və profilaktikasının müasir aspektləri. Bakı: Müəllim nəşriyyatı, 2021, 320 Диагностическая значимость инфекционных маркеров невынашивания беременности. Тбилиси: Универсал, 2021, 133с. (Rus və gürcü dilində) Hamiləlik və COVİD-19. Bakı: Müəllim nəşriyyatı, 2021, 99 s. (C. F. Qurbanova) Hamiləlik dövründə göz xəstəliklərinin ağırlaşmaları. Bakı: Müəllim nəşriyyatı, 2022, 125 s. (T. P. Qəlbinur) Peşəkar idman və tibb. Bakı, 2023 (F. S. Mansurov)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Azərbaycan Tibb Universitetinin məzunları Kateqoriya:Ginekoloqlar Kateqoriya:Azərbaycan alimləri