Enoturizm və ya şərab turizmi — şərab istehsal edilən ərazilərə səyahət edərək müxtəlif növ şərabların dadmaq, şərabın istehsal prosesi ilə yaxından tanış olmaq və buna bənzər fəaliyyəti əhatə edən turizm növü. Aqroturizmin bir qolu hesab olunan enoturizm şərab istehsalın, yerli icmanın gəlirlərinin artırmaqda olduqca mühüm əhəmiyyət daşıyır. Enoturizm çərçivəsində üzüm sahələri və ya şərabçılıq fabrikləri ziyarət olunur, üzüm yığımı və ya şərba hazırlanması prosesinin müxtəli fmərhələri ilə əyani tanış olmaq mümkündür.

Üzüm seçimi Şərabçılığın inkişafı üçün biomüxtəlifliyin qorunması, isthsal prosesinin ətraf mühitə mənfi təsirinin azaldırmasl, ənənələrin qorunması ilə birlikdə aqroekoloji təcrübəyə əsaslanaraq dayanıqlı istehsala keçid etmək olduqca önəmlidir.https://tourism.gov.az - Azərbaycanın enoturizm potensialı inkişaf etdirilir. İstifadə tarixi: 24 dekabr 2025.

Tarixi Enoturizm turizmin nisbətən gənc növlərindən biridir. Onun inkişaf tarixi regiondan regiona əhəmiyyətli dərəcədə fərqlənir. Lakin Napa vadisi Amerika üzümçülük bölgəsi və Vayn-Kantru kimi ərazilərdə 1975-ci ildə məqsədyönlü marketinq fəaliyyətlərinin həyata keçirilməsindən sonra şərab turizmi sürətlə inkişaf etməyə başlamışdır. 1976-ci ildə keçirilən Paris şərab dequstasiyası isə bu inkişafa əlavə təkan vermişdir.

İspaniyanın Kataloniya bölgəsi kimi digər regionlarda isə şərab turizminin təşviqinə yalnız 2000-ci illərin ortalarından başlanılmışdır. Əsas məqsəd şərab turizmin İspaniyanın geniş şəkildə tanındığı çimərlik turizminə alternativ kimi tanıtmaq idi.

2004-cü ildə "Yol kənarında" (Sideways) filminin nümayişindən sonra şərab turizm ingilisdilli əhali arasında da daha çox tanınmağa başladı. Filmin iki əsas qəhrəmanı Cənubi Kaliforniyanın Snata-Barbara bölgəsində yerləşən şərab istehsalı müəssisələriə baş çəkir və müxtəlif şərabların dadına baxırlar.

Şərab turizmi sənayesi XXI əsrin ilk onilliyində əhəməiyyətli dərəcədə inkişaf etmişdir. ABŞ-də 27 milyon turist, yəni istirahət məqsədli səyahət edən amerikalıların 17%-i kulinariya və ya şərabla bağlı fəaliyyətlərdə iştirak etmişdir. İtaliya isə bu göstərici təxminən 5 milyon səyahətçi təşkil etmiş və 2.5 milyard avro gəlir gətirmişdir.

Almaniya, Avstriya, Sloveniya, İspaniya, Fransa, Yunanıstan, Macarıstan, İtaliya və Portuqaliyada şərab zirzəmilərinə səfərləri təöşviq etmək məqsədilə hər il noyabr ayının ikinci bazar günü "Enoturizm Günü" qeyd olunur. Şimali Ameriakda isə ilk dədə 11 may 2013-cü ildə "Şərab Turizmi Günü" təsis edilmiş və qitənin müxtəlif yerlərindən tədbirlər planlaşdırılmışdır.

Son illərdə Çilidə enoturizm sənayesi inkişaf etmiş, ölkə ərazisində bir neçə turizm marşrutu açılmışdır. Bu marşrutlardan bəzilərində gecələmək üçün yerləşmə imkanları da təklif olunur.

Nümunələr Avropada İtaliya və Fransa enoturizm sahəsində olduqca öndədir və hətta Avropa ölkəlrini belə qabaqlayırlar.

Azərbaycanda Azərbaycan şərabçılıq Qəbələ, İsmayıllı, Ağsu və Şamaxı rayonlarında inkiaf edib. Odur ki, bu rayonların enoturizm potensialını böyük olaraq qiymətləndirilri.

İstinadlar Kateqoriya:Turizm növləri Kateqoriya:Turizm Kateqoriya:Şərabçılıq

Kateqoriya:Avropada turizm