Hayman Abrams (, ilkin soyadı Abramoviç (Abramovitz); ) — ABŞ iş adamı, Bostonda cinayət fəaliyyəti göstərmiş qanqster və ABŞ-də spirtli içkilərin satılmasının qadağan olduğu dövrdə Çarlz "Kinq" Solomonun cinayət dəstəsinin yüksək rütbəli üzvü.

Həyatı Abrams 1901-ci ildə Vilnüs şəhərində yəhudi ailədə anadan olmuşdur.U.S., Naturalization Records Indexes, 1794–1995 Anasının adı Etel "Etta" Dimenşteyn idi, atasının adı isə İzrail. Onlar 1906-cı ildə Bostona köçdülər.1910 United States Federal Census O, 1923-cü ildə ABŞ vətəndaşı oldu və elə bu zamanlarda soyadını Abrams olaraq dəyişdirdi. O, karyerasına Bostonda restororator kimi başlamışdır. 1933-cü ildə Solomonun qətlindən sonra Abrams və Solomon təşkilatının digər üzvləri Bostonun cinayətkar əməliyyatları üzərində nəzarəti öz əllərinə keçirdilər. O, Meyer Lanski ilə birlikdə sindikat nəzarətində olan kazinoların (xüsusilə "Flaminqo" adlı kazinonun) maliyyələşdirilməsində rol oynadı, daha sonra eyni maliyyə cinayəti əməliyyatını Karl Koen və Cek Entratter ilə birlikdə "Sand" adlı kazino üzərində gördü. 1957-ci ildə o, Havanada "Hotel Habana Riviera" kazinosunu tikmək üçün Mo Dalitz, Morris Klaynmen, Sem Taker, Vilbur Klark ("Desert Inn" və "Hotel Nacional de Cuba" adlı hotel və kazinolarının sahiblərindən biri), Ed Levinson ("Fremont Hotel and Casino" sahibi), Çarlz "Beyb" Baron (Sem Cankananı təmsil edirdi) və Morris Rosen ("Flaminqo" kazinosunun sahiblərindən biri).

1968-ci ildə Abrams Las-Veqasda rəqqasə Harriet Cenis Ellison ilə evləndi. Onlar 1971-ci ildə boşandılar. O, 1975-ci ilin yanvar ayında Las-Veqasda vəfat etdi.

İstinadlar

Kateqoriya:Yəhudi Amerika qanqsterləri Kateqoriya:Rusiya imperiyasından ABŞ-yə mühacirət edənlər