Tuva Cihangir Atasevər (12 avqust 1992-ci ildə Ankarada anadan olub) türk mühəndisi və Türkiyənin kosmosa gedən ikinci astronavtı.
Həyatı 12 Avust 1992-ci il tarixində Ankarada doğulub. Atası türk, anası azərbaycanlıdır. O səbəblə hər iki bayrağı uca tutur.https://www.aa.com.tr/en/science-technology/turkiye-s-2nd-space-traveler-atasever-to-take-suborbital-flight-on-saturday/3242583
Atasevər, Elektrik ve Elektronika Mühendisliyi fakültəsində təhsil Ankara Bilkent Universitetində aldıqdan sonra Kaliforniya Universitetində təhsilini davam etdirmişdir.
Atasevər daha sonra Türkiyəyə qayıdlb və beş il Roketsan şirkətində avionika mühəndisi kimi çalışıb.
May 2022 Türkiyə Kosmik Səyyah və Kosmik Missiyası üçün 2 Türkiyə vətəndaşının seçiləcəyi elan ediləndə müraciətlər haqqında məlumat Türkiyə Kosmik Agentliyinin (TUA) veb saytında dərc edilib. Türk astronavt seçim prosesinə təxminən 36.000 müraciət edənlər arasından 30 namizəd Ankaraya çağırılıb.
Aprel 2023 Kosmik missiyaya gedən ilk türk kosmik səyyahları və astronavtları Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 29 aprel 2023-cü ildə TEKNOFEST tədbirinə dəvət edilib və o, bu sözləri deyib: Bu açıqlama ilə Alper Gezeravcı kosmosa gedən ilk türk astronavtı, Tuvalı Cihangir Atasevər isə ilk türk əvəzedici astronavtı oldu.
Fevral 2024 Türkiyənin ilk kommersiya astronavtı Alper Gezeravcı 9 fevral 2024-cü ildə Yerə qayıtdı. Bundan sonra Türkiyə Kosmik Agentliyinin (TUA) prezidenti Yusuf Kıraç, Türkiyənin ikinci kommersiya astronavtı Tuvalı Cihangir Atasevərin 2024-cü ilin aprel ayının ilk həftələrində kosmosa səyahət edəcəyini və orada 7 təcrübə aparacağını və 80 dəqiqə vaxt keçirəcəyini, 80 km uzunluğunda suborbital uçuş həyata keçirəcəyini açıqladı.
İstinadlar
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyə mühəndisləri Kateqoriya:1992-ci ildə doğulanlar