Heliodoxa rubinoides (Qəhvəyi sinəli brilyant) — Kolibrilər fəsiləsinə aid olan bir quş növü. Əsas vətəni Cənubi Amerikadır, Boliviya, Kolumbiya, Ekvador və Peruda rast gəlinir.
Digər ümumi adları ingiliscə "lilac-throated brilliant" (yasəmən boğazlı brilyant), ispanca isə "brillante pechigamuza", "colibrí de vientre ocre" və "diamante pechigamuza" kimi adlandırılır.Fawn-breasted Brilliant Hummingbirds. Beautyofbirds (formerly AvianWeb).
Taksonomiya
"Heliodoxa rubinoides", kolibrilər fəsiləsi olan "Trochilidae"yə aiddir. Üç yarımnövü var: "Heliodoxa rubinoides aequatorialis" – Kolumbiya və Ekvador (And dağlarının qərb yamacı). "Heliodoxa rubinoides cervinigularis" – Ekvador və Peru (And dağlarının şərq yamacı). "Heliodoxa rubinoides rubinoides" – Kolumbiya (mərkəzi və şərq And dağları).
Təsvir
Quşun üst hissəsi yaşıl, alt hissəsi isə parlaq mis rəngindədir. Qəhvəyi, yaşıl və mis rəngli ləkələrə malikdir. Dimdiyi uzun və bir qədər əyridir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Kolibrilər Kateqoriya:1846-cı ildə təsvir edilən quşlar Kateqoriya:Heliodoxa Kateqoriya:Cənubi Amerika quşları