Kamal Tahir (əsl adı İsmayıl Kemaləddin Demir; ) — türk romançısı, yazıçı və ssenarist. Türk ədəbiyyatında sosial-realizm və tarixi roman janrlarında yazdığı əsərlərlə tanınır.
Həyatı Kamal Tahir 13 mart 1910-cu ildə İstanbul şəhərində anadan olmuşdur. Atası II Əbdülhəmidin yavərlərindən olan kapitan Tahir bəy, anası isə Osmanlı sarayında Nəilə Sultanının xidmətində çalışan Nuriyə xanım olmuşdur. Saraydakı adı "Hubser" idi. Atasının xidməti səbəbilə ibtidai təhsilini müxtəlif bölgələrdə almışdır. 1923-cü ildə ailənin İstanbula köçməsi ilə "Məktəb-i Sultani"də təhsilini davam etdirmiş, lakin anasının 1926-cı ildə vəfat etməsi və atasının yenidən evlənməsi səbəbilə 10-cu sinifdə təhsilini yarımçıq qoymuşdur. Sonradan İstanbulda vəkil katibliyi, Zonquldakda kömür mədənlərində anbar məmurluğu etmişdir.
Ədəbi və jurnalist fəaliyyəti 1932-ci ildə İstanbula qayıdan Kamal Tahir "Vakit", "Haber", "Son Posta" qəzetlərində reportyor, tərcüməçi və korrektor kimi çalışmışdır. 1933-cü ildə Geçit adlı ədəbiyyat jurnalının nəşrində iştirak etmişdir.
Bu dövrdə Nazım Hikmət və digər sosialist aydınlarla tanış olmuş, sol ideyalarla yaxından maraqlanmağa başlamışdır. "Yedigün", "Karikatür", "Varlık", "Ses" jurnallarında, "Karagöz" və "Tan" qəzetlərində çalışmışdır.
İlk əsərləri Kamal Tahirin ilk nəşri 1936-cı ildə çap olunan "Namiq Kamal üçün deyirlər ki" adlı kitabçadır. 1937-ci ildə ilk romanı "Bir çalğıçının səyahəti" nəşr edilmişdir. Suat Dervişin yarımçıq qalan "Bu roman olan şeylərin romanıdır" adlı əsərinin son hissəsini tamamlamışdır.
Şəxsi həyatı 1937-ci ildə Fatma İrfan Akersinlə evlənmişdir. 1938-ci ildə həbs olunması səbəbilə bu evlilik 1940-cı ildə sona çatmışdır. 1950-ci ildə Səmiha Sıdıqa xanımla evlənmiş, bu evlilik ömrünün sonuna qədər davam etmişdir. Övladı olmamışdır.
Donanma məhkəməsi Kamal Tahir 13 iyun 1938-ci ildə "hərbi üsyana təhrik" ittihamı ilə həbs olunmuşdur. Bu proses tarixə Donanma işi adı ilə düşmüşdür. Məhkəmə nəticəsində 15 il ağır həbs cəzasına məhkum edilmişdir.
Həbsxana illəri Çankırı, Çorum, Kırşehir və Malatya həbsxanalarında ümumilikdə 12 il həbs həyatı yaşamışdır. Bu dövrdə müxtəlif təxəllüslərlə detektiv və yumoristik əsərlər yazmışdır. 1954-cü ilə qədər öz adından istifadə etməsi qadağan olunmuşdur.
Azadlıqdan sonrakı dövr 1950-ci ildə amnistiya ilə azadlığa buraxılmışdır. Bu dövrdə Mayk Hammer seriyasını tərcümə etmiş və sonradan bu seriya üçün yeni romanlar yazmışdır. Ssenari fəaliyyəti ilə də məşğul olmuşdur.
Romançılıq fəaliyyəti Kamal Tahir əsərlərində kənd həyatı, Osmanlı tarixi, dövlət və cəmiyyət münasibətlərini əsas mövzu kimi işləyirdi. "Sağır dərə", "Qatı duman", "Yeddiçinar yaylası", "Kəndin donqarı", "Dövlət ana" kimi əsərləri ilə tanınır.
Düşüncələri Kamal Tahir marksizmlə Türkiyə cəmiyyətinin tarixi və sosial quruluşu arasındakı uyğunsuzluğu tənqid etmişdir. O, Osmanlı-Türk cəmiyyətinin Qərb modelləri ilə izah edilə bilməyəcəyini müdafiə etmiş, batılılaşmanı süni və üstquruluşçu proses kimi qiymətləndirmişdir.
Ölümü Kamal Tahir 21 aprel 1973-cü ildə İstanbulda ürək tutmasından vəfat etmişdir. Sahrayıcədid qəbiristanlığında dəfn olunmuşdur.
Romanları: (Türkcə – Azərbaycanca adları) № Orijinal adı (Türkiyə türkcəsi) Azərbaycan dilində adı İl Qeyd 1 Derini Yüzeceğim Dərinə enəcəyəm – Mayk Hammer seriyası 2 Ecel Saati Əcəl saatı – Mayk Hammer seriyası 3 Kara Nara Qara Nara – Mayk Hammer seriyası 4 Kıran Kırana Amansız döyüş – Mayk Hammer seriyası 5 Sağırdere Sağır dərə 1955 – 6 Esir Şehrin İnsanları Əsir şəhərin insanları 1956 Esir Şehir üçlüyü (I) 7 Körduman Qatı duman 1957 – 8 Rahmet Yolları Kesti Rəhmət yolları kəsdi 1957 – 9 Yediçınar Yaylası Yeddiçinar yaylağı 1958 – 10 Köyün Kamburu Kəndin donqarı 1959 – 11 Esir Şehrin Mahpusu Əsir şəhərin məhbusu 1962 Esir Şehir üçlüyü (II) 12 Kelleci Memet Kəlləçi Məmməd 1962 – 13 Yorgun Savaşçı Yorğun döyüşçü 1965 – 14 Bozkırdaki Çekirdek Bozqırdakı toxum 1967 – 15 Devlet Ana Dövlət ana 1967 – 16 Kurt Kanunu Qurd qanunu 1969 – 17 Büyük Mal Böyük mülk 1970 – 18 Yol Ayrımı Yol ayrıcı 1971 Esir Şehir üçlüyü (III) 19 Karılar Koğuşu Qadınlar kamerası 1974 Ölümündən sonra 20 Namusçular Namusçular 1974 Ölümündən sonra 21 Damağası Həbsxana avtoriteti 1977 Ölümündən sonra 22 Bir Mülkiyet Kalesi Bir mülkiyyət qalası 1977 Ölümündən sonra 23 Hür Şehrin İnsanları Azad şəhərin insanları 1978 Ölümündən sonra
Mükafatları 1968: Türk Dil Kurumu Roman Ödülü (Devlet Ana romanı ile) 1968: Yunus Nadi Roman Armağanı (Yorgun Savaşçı romanı ile) 2021: Cumhurbaşkanlığı Kültür ve Sanat Büyük Ödülü
İstinadlar
Xarici keçidlər imdb'de Kemal Tahir Arsen Ceyhan, "Roman, Modern Çağ ve Kemal Tahir" Kemal Tahir Vakfı Kemal Tahir 1910–1973 , TRT Arşiv
Kateqoriya:1910-cu ildə doğulanlar Kateqoriya:1973-cü ildə vəfat edənlər Kateqoriya:Türk yazıçılar Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Sosialistlər