Hüseyn Suad Yalçın (; ) — Türkiyə şairi və yazıçısı.

Ailəsi və təhsili

Hüseyn Suad Yalçın İstanbulda, Molla Gürani məhəlləsində anadan olmuşdur. Atası Siroz sancağının mühasiblərindən Əli Rza bəy, anası isə Fatma Nəyyirə xanım idi. Qardaşı Hüseyn Cahid Yalçın tanınmış ədib, romançı və jurnalist kimi məşhurlaşmışdır. O, daim mütaliə edən və dövrün aktual ictimai həyatını yaxından izləyən bir ailənin üzvü olmuşdur.

Təhsilini ardıcıl olaraq Molla Gürani Məhəllə Məktəbində, Balıkəsir İbtidai Məktəbində, Bəyazid Rüşdiyyəsində, Drama sancağı Rüşdiyyəsində və nəhayət Mülki Tibb Məktəbində almışdır.

Peşə fəaliyyəti

Tibb təhsilini başa vurduqdan sonra, 1886-cı ildə Lesbos bələdiyyə həkimi kimi üç il fəaliyyət göstərmişdir. Daha sonra İstanbul Üçüncü Bələdiyyə Dairəsinin həkimi vəzifəsinə təyin edilmişdir. 1893-cü ildə tibbi ixtisaslaşma məqsədilə Parisdə stajyer kimi təhsilini davam etdirmiş, 1893–1895-ci illərdə burada olmuşdur. Sonrakı illərdə İstanbul Onuncu Bələdiyyə Dairəsinin həkimi, Suriya vilayətinin səhiyyə müfəttişi (1898–1908-ci illər), eləcə də Böyük Səhiyyə Məclisinin üzvü (Dəməşq Səhiyyə Şurasının üzvü) kimi müxtəlif vəzifələrdə çalışmışdır. Bu fəaliyyətləri 1908–1918-ci illəri əhatə etmişdir.

Türkiyə İstiqlaliyyət müharibəsinə qoşulmuşdur. Cümhuriyyətin elanından sonra Dəniz Yolları idarəsində həkim vəzifəsinə gətirilmiş və vəfatına qədər bu vəzifəni icra etmişdir.

Yaradıcılığı

Hüseyn Suad Yalçın Cənab Şəhabəddin və Tofiq Fikrətin təsiri altında yazdığı məhəbbət və qadın mövzulu lirik şeirləri ilə tanınmışdır. Sərvəti-fünun ədəbi cərəyanının şairləri arasında məhz lirizmi ilə seçilmişdir. Bu ədəbi çevrəyə dostu Cənab Şəhabəddinin tövsiyəsi ilə daxil olmuşdur. Bununla yanaşı, dramaturji əsərlər qələmə almış və tərcümə fəaliyyəti ilə də məşğul olmuşdur.

1908-ci ildən sonra poeziyasında lirizmdən uzaqlaşmış, satira və yumora üstünlük vermişdir. "Kalem" jurnalında "Gavəyi-zalim" təxəllüsü ilə yumoristik yazılar dərc etdirmişdir. Darülbədayinin yaradılmasında mühüm töhfələr vermişdir. Onun poetik dünyasında insan simasındakı süni təbəssümlərin və maskaların arxasında gizlənən daxili iztirabların və göz yaşlarının acı izlərinin üzə çıxarılması əsas ideya kimi ön plana çəkilmişdir.

Əsərləri Şeirlər Lâne-i Melâl (1910). Gave'nin Destanı (gülmece şiirleri, 1923). Hüseyin Suat Yalçın ve Şiirleri (1949). Şûhî-i Nevbahâr

Pyesləri Şehbal Yahut İstibdadın Son Perdesi (1908) Kirli Çamaşırlar (1910) Ahirette Bir Gün (1910) Deva-yı Aşk (1910) Çifteli Mikroplar Hülle Yamalar Kayseri Gülleri (1920) Tayyare (1927) küçük kedi (1927)

İstinadlar

Kateqoriya:Türkiyə şairləri Kateqoriya:Türkiyə dramaturqları