Aslı Dər (; ) — türk yazıçısı.

Həyatı Aslı Dər 1975-ci ildə İstanbulun Ərənköy məhəlləsində anadan olub. Qalatasaray liseyində təhsil alarkən Aslı Dər qısa hekayələr də yazmağa başlayıb. Liseyi bitirdikdən sonra Boğaziçi Universitetinin Fəlsəfə fakültəsinə qəbul olub. 8 il fransızca, 5 il də ingiliscə təhsil alıb. İlk romanı Kiçik Cadugər Şeroksu 1997-ci ildə yazmağa başlayıb. 1999-cu ildə Universiteti bitirdi. O, ingilis və fransız dillərinə də tərcümələr edirdi. İlk kitabı Kiçik Cadugər Şeroks 2001-ci ildə nəşr olundu. İkinci kitabı Təhlükəyə 3 səyahət 2003-cü ildə nəşr olundu. Son kitabı ayrıca Kiçik Cadugər Şeroksun davamı olan Böyük tələ isə 2007-ci ildə nəşr olundu. Bu əsər Uşaq və Yetkin Nəşrləri Dərnəyi tərəfindən seçilib 2007-ci ilin Ən Yaxşı Uşaq Romanı mükafatını qazandı. Bundan əlavə, eyni kitab ona 2010-cu ildə Uşaqlar üçün Kitablar üzrə Beynəlxalq Şuranın Fəxri Siyahısında yer qazandırıb. Sülh otaqları adlı 3 seriyalı kitabı nəşr olunub.

Təhlükəyə 3 səyahət və İtkin xəyalpərəst adlı digər 2 fantastik uşaq kitabını yazdı. Dəfnəni gözləyərkən (2013) və Darmadağın (2015) adlı iki yetkin romanı yazdı. Son uşaq romanı olan Mövzu E. E. E. (2019) kitabında elmi təcrübələrindən istifadə edib kənd həyatının problemlərini hekayəyə çevirib.

Kitabları Balaca Cadugər Şeroks Kiçik Cadugər Şeroks 2 — Böyük Tələ Sülh otaqları Dəfnəni gözləyərkən İtmiş Xəyalpərəst Darmadağın Mövzu E. E. E.

İstinadlar