Nəzmiyə Dəmirəl (; ) — Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin həyat yoldaşı.
Həyatı Nəzmiyə Şənər 3 yanvar 1927-ci ildə İsparta ilinin İslamköy kəndində kəndli ailəsində anadan olub. 250px|thumb|left|İranın o vaxtkı baş naziri Əmir-Abbas Hüveyda və Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl və həyat yoldaşları, Tehran, 1970 12 mart 1948-ci ildə mühəndis Süleyman Dəmirəl ilə evlənib. 1954-cü ildə əri ilə birlikdə ABŞ-a yola düşüb və Fransa, İsveçrə və İtaliyaya səyahət edib.
12 sentyabr 1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra Süleyman Dəmirəl baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Nəzmiyə Dəmirəl o zaman Türkiyə siyasi həyatının aparıcı simalarından olan ərini çətin anlarda heç vaxt tək qoymayıb.
1993-cü ildə əri ölkə prezidenti olduqdan sonra Türkiyənin Birinci Xanımı olub. Birinci Xanım kimi fəaliyyət göstərdiyi müddətdə jurnalistlərə heç vaxt müsahibə verməyib. O, həyatında yalnız bir müsahibə verib. Türkiyə mediası onu "müasir türk liderinin ən səssiz həyat yoldaşı" adlandırıb.
Birinci Xanım kimi fəaliyyətinin sonuna qədər o, və Süleyman Dəmirəl dəfələrlə xarici siyasətçilər və onların həyat yoldaşları ilə görüşüblər. Onların arasında ABŞ prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klinton da var idi.
Nəzmiyə Dəmirəl 2005-ci ildən bəri Altsheymer xəstəliyiindən əziyyət çəkirdi. O, 2010-cu ildən Ankaradakı Başkent Universiteti Xəstəxanasında müalicə alırdı.
O, 27 may 2013-cü ildə Ankara xəstəxanasında vəfat etdi. Cənazəsi doğma kəndi İslamköydə dəfn edildi. Təxminən 5000 nəfərin qatıldığı dəfn mərasimi zamanı darısqallıq səbəbindən ajiotaj yarandı. Nazmiyə Dəmirəlin adını daşıyan məktəbin şagirdləri üzərində "Səni unutmayacağıq, Nəzmiyə xala" () yazılı pankart açdılar. Süleyman Dəmirəl Universitetinin bir qrup tələbəsi dəfn mərasiminə qırmızı köynəklər geyinmiş və əllərində qırmızı güllər tutmuşdu. Nazmiyə Dəmirəlin dəfn mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Baş nazirin müavini Bülənt Arınc, CHP sədri Kamal Kılıçdaroğlu, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, keçmiş CHP sədri Dəniz Baykal və digər hökumət və siyasi xadimlər, eləcə də iş adamları iştirak edirdilər. İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyənin birinci xanımları