Müəllim — fəlsəfə doktoru elmi dərəcəsinin olması məcburi olmayan, xüsusi ixtisaslaşma tələb edən sahələr üzrə dərs demək məqsədilə ali təhsil müəssisələrində müvəqqəti və ya daimi əsaslarla vəzifəyə təyin olunan şəxs. Doktorantura təhsilini tamamlamış şəxslər müvafiq ixtisas sahəsi üzrə dosentlik imtahanına müraciət edə bilərlər.

Müəllim vəzifəsini tutmaq üçün hər hansı bir sahə üzrə magistr dərəcəsinə (tezisli magistratura) sahib olmaq zəruridir. Bu şəxslər peşə məktəblərində, habelə ixtisaslarına müvafiq fakültə və ya institutlarda fəaliyyət göstərə bilərlər. Ali təhsil müəssisələrində "Müəllim" və "Professor-müəllim heyəti" fərqli statuslardır. Professor-müəllim heyəti doktorluq dərəcəsi olan və müvafiq akademik adlar (dosent, professor) daşıyan şəxslərdən ibarətdir.

Müəllim vəzifəsinə təyinat üçün yaş məhdudiyyəti nəzərdə tutulmamışdır. Universitetlərdə dərs deyən bu şəxslərin adları yazılışda "Müəl." () abreviaturası ilə qeyd olunur. Xarici dil bilmək mütləq şərt olmasa da, dil biliyi yüksək olanlar müvafiq dil imtahanlarında müvəffəqiyyətli hesab edilirlər.

Hər hansı bir sahədə ixtisaslaşmış mütəxəssislər fərqli sektorda fəaliyyət göstərsələr belə, ali təhsil müəssisələrində dərs deyə bilərlər. Bu şəxslər, eyni zamanda, digər bir rəsmi vəzifə tuta və ya sərbəst peşə fəaliyyəti ilə məşğul ola bilərlər. Digər rəsmi vəzifədən köçürülmə yolu ilə gələn müəllimlərə öz dərəcələrinə müvafiq aylıq əməkhaqqı ödənilir. Müəyyən peşə sahibi olan və yalnız konkret dərsləri tədris etmək üçün cəlb edilən müəllimlərə isə tədris etdikləri dərs saatlarına mütənasib olaraq aylıq əməkhaqqı və ya xidmət haqqı ödənilir.

İstinadlar

Ədəbiyyat siyahısı

Василий Васильевич Розанов, «Педагогическая компетенция преподавателей», 1899 год.

Преподавать // Толковый словарь живого великорусского языка : в 4 т. / авт.-сост. В. И. Даль. — 2-е изд. — СПб. : Типография М. О. Вольфа, 1880—1882.

Kateqoriya:Akademik titullar Kateqoriya:Akademik idarəetmə Kateqoriya:Kilsə titulları Kateqoriya:Təhsil işçiləri Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:Latın dilində sözlər və ifadələr Kateqoriya:Peşələr