Əli Coşqun Kırca (; ) — türk diplomat və siyasətçisi. Həyat və fəaliyyəti Coşqun Kırca Şişli Tərəqqi Liseyi, Qalatasaray Liseyini və İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olub. 1950-ci ildə Xarici İşlər Nazirliyində çalışmağa başlayıb. 1956-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində iqtisadiyyatdan asistant kimi dərs desə də, eyni ildə universitetdən istefa vermişdir. 1956-1963-cü illərdə "Forum" jurnalı, "Yeni gün", "Vətən", "Kim dərgisi" və "Yeni Vətən" qəzetlərində yazılar yazıb. O, 27 may 1960-cı il çevrilişindən sonra yaradılmış Nümayəndələr Palatasına CHP-dən (Cümhuriyyət Xalq Partiyası) üzv olub. 1961-1969-cu illər arasında iki müddət CHP-dən İstanbul millət vəkili seçilib. 1969-cu ildə isə Xarici İşlər Nazirliyinə geri qayıdıb. 1969-cu ildən 1985-ci ilə qədərki fəaliyyətində Türkiyəni müxtəlif beynəlxalq təşkilatlar və komissiyalarda təmsil edib.

1985-1986-cı illərdə Ottavada səfir vəzifəsində çalışdığı müddətdə, 12 mart 1985-ci ildə səfirliyə bombalarla silahlanmış Erməni inqilab ordusunun üzvləri olan üç erməni yaraqlısı tərəfindən basqına məruz qalıb. Hadisə zamanı Kanadanın təhlükəsizlik işçilərindən biri güllələnərək öldürülüb. Səfir olan Kırca yaralansa da, sağ qalıb. Kırca Ottava səfirliyinə təyin olunmazdan əvvəl, onun sələfi Atilla Altıqat da ASALA hücumunda həyatını itirmişdi.

1986-cı ildə təqaüdə çıxdıqdan sonra "Hürriyət", "Milliyət" və "Yeni Yüzyıl" qəzetlərində yazılar yazıb. 1991-ci ildə Doğru Yol Partiyasından İstanbul millət vəkili seçildikdən sonra, 1995-ci ildə Tansu Çillərin rəhbərliyi ilə qurulan 51-ci Türkiyə hökumətində Xarici İşlər naziri vəzifəsində çalışıb. 1990-cı illərin ikinci yarısında Qalatasaray Universitetinin Beynəlxalq Münasibətlər kafedrasında dərs deyib. Coşqun Kırca 2004-cü ildə bəzi hərbi komandirləri çevrilişə təhrik etməkdə ittiham olunub.

Coşqun Kırca TBMM-nin 12-ci, 13-cü və 19-cu çağırışlarında İstanbuldan millət vəkili seçilib.

Evli olan və üç övladı olan Coşqun Kırca həmçinin Qalatasaray Universitetinin və "500 il" Vəqfinin qurucularından biri olub.

Ölümü Coşqun Kırca 24 fevral 2005-ci ildə İstanbulda ürək tutmasından vəfat edib. İstinadlar

Ədəbiyyat

Kateqoriya:Türkiyənin xarici işlər nazirləri Kateqoriya:İstanbul Universitetinin Hüquq fakültəsinin məzunları Kateqoriya:Doğru Yol Partiyasının (Türkiyə, 1983) üzvləri Kateqoriya:İstanbul ilinin deputatları