"Türk Hava Yolları"nın 981 nömrəli reysi — 3 mart 1974-cü ildə Parisdən Londona gedərkən qəzaya uğrayan və göyərtəsində 13 ekipaj üzvü və 333 sərnişin də daxil olmaqla 346 nəfərin ölümünə səbəb olan "Türk Hava Yolları"na məxsus Makdonnel Doqlas DC-10 sərnişin təyyarəsi idi.

Qəza Təyyarə Parisin şimalındakı Ermenonville meşəsində aşağı təzyiqdən qaynaqlanan yük qapısının partlaması nəticəsində qəzaya uğramışdı. Bu hadisə tarixdə dördüncü ən çox can itkisi olan təyyarə qəzasıdır.

İstintaq qəzanın təyyarənin arxa baqaj qapısındakı istehsal qüsurundan qaynaqlandığını müəyyən etdi. Təyyarənin istehsalçısı olan Amerika şirkəti Doqlas qüsuru etiraf etdi və bütün DC-10 tipli təyyarələrini yoxlama altına aldı.

Bu qəzadan iki il əvvəl, ABŞ-ın Vindzor şəhərində American Airlines təyyarəsi eyni səbəbdən böyük bir fəlakətdən çətinliklə qurtulmuşdu. Həmin vaxt Amerika uçuş təhlükəsizliyi orqanları DC-10 təyyarəsinin yük qapısında problem aşkar etmişdi və bu barədə müvafiq orqanlara məlumat vermişdi.

Lakin aviaşirkət "Türk Hava Yolları"na məxsus DC-10 təyyarəsinin yük qapısını dəyişdirməyib. Qurbanların qohumları bu faciədə Amerikanın Doqlas şirkətini günahlandırıblar.

Qaleriya

Həmçinin bax Türk Hava Yolları reys 278

İstinadlar

Xarici keçidlər Kazanın son raporu(31 Mayıs 2011 tarihinde Wayback Machine sitesinde arşivlendi.) — French Secretariat of State for Transport (Secrétariat d'État aux Transports) Kazanın son raporu(2 Aralık 2011 tarihinde Wayback Machine sitesinde arşivlendi.) — French Secretariat of State for Transport (Secrétariat d'État aux Transports) — Raporun Fransızca çevirileri

Kateqoriya:3 martdakı hadisələr Kateqoriya:1974-cü ildə Türkiyə Kateqoriya:Fransada aviasiya hadisələri Kateqoriya:1974-cü ildə aviasiya qəzaları və insidentləri Kateqoriya:1974-cü ildə Fransa Kateqoriya:Türk Hava Yollarının qəza və hadisələri