200px|thumb|right|PlayStation 2- nin rəsmi logosu 180px|thumb|right|PlayStation 2
PlayStation 2 (PS2) - PlayStation-dan sonra Sony Computer Entertainment-in istehsal etdiyi ikinci videooyun konsolu. Hazırlanması 1999 ilinde başlanılan konsol, ilk dəfə 2000-ci il Martın 4-də Yaponiyada satışa çıxarılmışdır. Başlıca rəqibləri Sega-nın Dreamcast, Microsoft-un Xbox və Nintendo-nun GameCube-u idilər. Qısa vaxtda hər kəs tərəfindən bəyənilmişdir. PlayStation 2 çıxışından etibarən bu vaxta qədər təxminən 153,19 milyon ədəd satılmış, və bununla da dünyanın ən çox satılan oyun konsoluna çevrilmişdir. Qalın və incə olaraq iki ayrı görkəmdə satılır.
Texniki göstəriciləri
Mərkəzi Prosessor: 294,912 Mhz tezlikdə (yeni slim versiyalarda 299Mhz) işləyən 64-bitlik Emotion Engine Sistem yaddaşı: 32 mb Rambus və ya RDRAM Yaddaşın sürəti: saniyədə 3,2 qiqabayt Video prosessor: 147,456 Mhz tezlikdə işləyən "Qrafik Sintez" Video çıxış: 256x224 pikseldən 1280x1024 pikselədək
Xüsusiyyətləri PSOne oyunlarını işlətmə Online oyun xüsusiyyəti Musiqi CD-lərini oxutma DVD filmləri oynatma Optic dijital çıxışından HI-FI bağlantısı quraraq Dolby Digital 5.1 ve DTS 5.1 səs dəstəyi (Bu səs dəstəyi daha çox DVD filmlərə baxanlar üçün nəzərdə tutulub) Component kabel köməyilə (oyunun da dəstəkləməsi şərtilə) Progressive Scene xüsusiyyəti (ayrıca satılır)
Həmçinin bax Golden Axe (video oyun) Seek and Destroy (2002 video oyun)
Xarici keçidlər
PlayStation rəsmi saytı
Kateqoriya:Videooyun konsolları Kateqoriya:PlayStation 2 Kateqoriya:2000-ci illərdə videooyun mədəniyyəti Kateqoriya:PlayStation (marka) Kateqoriya:2000-ci ilin videooyunları