thumb|Kolumbiya Universitetinin verdiyi magistr təhsili diplomu

Master of Science (; qısaca: MS, MSc, SM və ya ScM) — universitetlərdə verilən elmi dərəcə olan magistratura səviyyəsi. Avropa İttifaqı ölkələrində bu dərəcə orta təhsildən sonra 3 illik Bachelor of Science (bakalavr) təhsilini başa çatdıran tələbələrin əlavə olaraq 2 illik ali təhsil alması ilə əldə edilir. Amerika Birləşmiş Ştatlarında isə bu dərəcə adətən 4+2 illik təhsil modeli əsasında qazanılır.

Əvvəllər Avropada da təhsil sistemi 4+2 il formasında idi. Bu dəyişiklik Avropa İttifaqının Bolonya prosesi adlanan təşəbbüsünün nəticəsi olaraq həyata keçirilmişdir.

İstinadlar

Kateqoriya:Elm təhsili Kateqoriya:Magistr Kateqoriya:İngilis dilində ifadələr