Hun — Koreya mənşəli nəfəsli musiqi aləti. Alət gildən və ya digər keramika növlərindən hazırlanmış kürə formalı fleytadır.
Hun Çin xun musiqi alətinin yaxın qohumudur. Onun tarixi XII əsrə gedib çıxır, Çinin Sun imperiyası dövründə 1114-cü və 1116-cı illərdə Koreyaya gətirilib. Çin imperatoru Koreya kralı Yejonqa 72 hun hədiyyə verib. Alət Koreyada XV əsrdə istehsal olunmağa başlamışdır.
Alət gildən hazırlanır və qara rəngdə olur. Hun kürəşəkillidir və üç əsas formada olur: yumurta, yarımkürə və kürə. Üst tərəfində üfürmə dəliyi və arxa tərəfində ikisi, ön tərəfində üçü olan beş barmaq dəliyi var. Bu, alət üçün standart ölçü deyil. Hun iki əllə çalınır. Hunun diapazonu bir oktavadır, bütün 12 xromatik notu çıxara bilir. Okarinaya bənzər tund bir tembrə var.
Əsasən saray musiqi ansambllarında Konfutsi şərəfinə mərasim musiqisi olan aak ifa etmək üçün istifadə olunur. Bu mərasimlərdə hun yeri təmsil edir və fleyta olan ji ilə birlikdə ifa edilir. Hun bu mənada XII əsrdən bəri istifadə olunur.
İstinadlar
Kateqoriya:Nəfəsli musiqi alətləri