Şahzadə Corc (; ) — Böyük Britaniya kralı V Corcun dördüncü oğlu, Britaniya monarx ailəsinin üzvü. Eyni zamanda VIII Eduard və VI Corcun qardaşı, II Elizabetin isə əmisidir.
Həyatı 20 dekabr 1902-ci ildə saat 7:35 radələrində Norfolkdakı Sandrinqem sarayında dünyaya gəldi. York hersoqu Şahzadə Corcun və xanımı Mariya Tekin dördüncü oğlu idi. Doğulduğu əsnada babası VII Eduard səltənətdə idi və atası, üç böyük qardaşının ardından taxt sıralamasında beşinci yeri tuturdu. 26 yanvar 1903-cü ildə Vindzor sarayında keçirilən mərasimlə vəftiz edildi. İlk təhsilini saray mürəbbiyələrindən alan Şahzadə Corc böyük qardaşı Henri kimi sadə məktəbdə təhsilə başladı. 1911-ci ildə atasının taxta çıxmasının ardından hərbi sahəyə yönəldi və 1915-ci ildə dənizçilik məktəbinə daxil oldu. 15 fevral 1924-cü ildə kiçik, 15 fevral 1926-cı ildə isə baş leytenant rütbələrini qazandı. 1929-cu ilin martınadək Krallıq donanmasında xidmət etdi.
Donanmadan ayrıldıqdan sonra qısa bir müddət Xarici işlər nazirliyində, ardından isə Daxili işlər nazirliyində məmur olaraq çalışdı. Beləcə, Britaniya monarx ailəsinin məmur olaraq çalışan ilk üzvü oldu. Donanmadan ayrılmasına baxmayaraq rütbə qazanmağa davam etdi. Belə ki, 15 fevral 1934-cü ildə komandir, 1 yanvar 1937-ci ildə kapitan rütbələrinə yüksəldi.
1934-cü ildə Kent hersoqu ünvanı aldı. Həmin il Yunanıstan kralı I Georqun nəvəsi Şahzadə Marinayla evləndirildi. Bu nigahdan 3 övladı doğuldu.
Şahzadə Eduard (9 oktyabr 1935) Şahzadə Aleksandra (25 dekabr 1936) Şahzadə Maykl (4 iyul 1942)
1936-cı ildə atasının vəfatının ardından böyük qardaşları VIII Eduard və VI Corc sırayla taxta çıxdı. Hər ikisinin də şəxsi yavəri olaraq vəzifələndirildi. 1937-ci ildə isə Britaniya Hava Qüvvələrində vəzifələndirildi. 8 iyun 1939-cu ildə Britaniya Donanmasında admiral, Quru qoşunlarında general-mayor, Hava Qüvvələrində isə marşal rütbələrinə yüksəldi.
25 avqust 1942-ci ildə Şotlandiya hava məkanında təyyarə qəzasında həlak oldu. Cənazəsi Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinə, atasının yanına dəfn edilsə də, 1968-ci ildə köçürüldü. Ölümündən bir neçə həftə öncə yeni bir oğlu dünyaya gəlmişdi. Ölümünün ardından böyük oğlu 6 yaşlı Eduard Kent hersoqu ünvanına sahibləndi.
Qalereya
Mənbə
Ədəbiyyat
Warwick, Christopher. George and Marina, Duke and Duchess of Kent. London: Weidenfeld and Nicolson, 1988. ISBN 0-297-79453-1 Hunt, Leslie (1972). Twenty-one Squadrons: History of the Royal Auxiliary Air Force, 1925–57. London: Garnstone Press. ISBN 0-85511-110-0 Nicol, Stuart (2001). MacQueen's Legacy; Ships of the Royal Mail Line. Vol. Two. Brimscombe Port and Charleston, SC: Tempus Publishing. p. 130. ISBN 0-7524-2119-0 Hugh Murphy & Derek J. Oddy (2010) The Mirror of the Seas; A Centenary History of the Society for Nautical Research London, Society for Nautical Research, p.191. ISBN 978-0-902387-01-0 "Duke of Kent Dies in an R.A.F. Crash on way to Iceland". The New York Times. 26 August 1942 Brandreth, Gyles (2004). Philip and Elizabeth: Portrait of a Marriage. London: Century. ISBN 0-7126-6103-4 P. Galloway, D. Stanley, D. Martin (1996), Royal Service, volume 1, pp. 209–212 (London: Victorian Publishing, ISBN 0-9528527-0-5) Per Nordenvall (1998). "Kungl. Maj:ts Orden". Kungliga Serafimerorden: 1748–1998 (in Swedish). Stockholm. ISBN 91-630-6744-7 M. & B. Wattel (2009). Les Grand'Croix de la Légion d'honneur de 1805 à nos jours. Titulaires français et étrangers (in French). Paris: Archives & Culture. p. 463. ISBN 978-2-35077-135-9
İstinadlar Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:Almanəsilli Britaniya şəxsləri Kateqoriya:Britaniya imperiyası İkinci Dünya müharibəsində Kateqoriya:Birləşmiş Krallıq şahzadələri