Əbül-İshaq (Əbül-İmdad) Burhanəddin İbrahim ibn İbrahim ibn Həsən əl-Ləqani (; ) — "Cövhərətüt-tövhid" adlı ədəbi əqaid (əqidə) risaləsinin müəllifi olan Maliki alimi.
Həyatı
Mənşəyi Doğum tarixi haqqında məlumat yoxdur. Misirin Ləqan yaşayış məntəqəsində anadan olmuşdur. Sufi məşrəb ailəyə mənsubdur.
Təhsili və fəaliyyəti Təhsili ilə bağlı məlumatlar azdır, lakin Misirdəki Maliki uləması tərəfindən hörmət edilən bir şəxs olması, əl-Əzhərdə müdərrislik etməsi və yaxşı əsərlər tərtib etməsi nəzərə alındıqda onun yaxşı təhsil aldığını demək olar. Muhibbi onun bir çox alimdən dərs aldığını söyləmişdir: bunlar arasında Misirin Şafii uləmasından İbn Qasım əl-Abbadi ilə Şəmsəddin ər-Rəmli, Maliki alimlərdən Bədrəddin əl-Qarafi ilə Səlim ibn Məhəmməd əs-Sənhuri kimi alimlərlə birgə təriqətdəki mürşidləri vardır. Tələbələri arasında isə oğlu Əbdüssəlam, Hərəşi, Şəbrəməllisi, Yusif əl-Qeyşi, Hüseyn əl-Həfəxi və Əhməd ibn Əhməd əl-Əcəmi kimi alimlər vardır. Sufi təmayülü ilə tanınan İbrahim əl-Ləqaninin 144 beytdən ibarət "Cövhərətüt-tövhid" adlı risaləsini şeyxi Əbül-Abbas Şəhabəddin Əhməd ibn Osman əş-Şərbubinin işarəsi ilə bir gecədə yazdığı nəql edilmişdir.
Ölümü Hicri 1041-ci (1632) ildə həcc ziyarətinə gedən İbrahim əl-Ləqani qayıdış yolu üzərindəki Əqəbə yaxınlığında vəfat etmiş və orada da dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri