Sahib Yusif oğlu İbrahimov (11 iyul 1970, Qazax rayonu, Daş Salahlı kəndi) — azərbaycanlı muğam ifaçısı və müğənni.
Bioqrafiya
Erkən həyatı və təhsili Sahib İbrahimov 11 iyul 1970-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Musiqiyə marağı erkən yaşlarından formalaşıb. 1991-ci ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində xanəndə Hacıbaba Hüseynovun muğam sinfində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində solo oxu ixtisası üzrə təhsilini davam etdirib.
Yaradıcılıq fəaliyyəti 1996-cı ildən etibarən təhsilini Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində davam etdirib. Həmin dövrdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına solist kimi qəbul olunub.
1998–2006-cı illərdə Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərib. 2002-ci ildə tarzən Möhlət Müslümov və kamançaçı Fəxrəddin Dadaşovun müşayiəti ilə ifa etdiyi "Sarı gəlin" Azərbaycan xalq mahnısı Almaniyada disk formatında buraxılıb.
2005-ci ildə Habil Əliyevin rəhbərliyi ilə hazırlanan "Rast" muğam dəsgahı layihəsində iştirak edib.
2006-cı ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllim kimi fəaliyyət göstərir.
Oxuduğu Zabul segahı radionun Qızıl Fondunda saxlanıllr.
Şəxsi həyatı Ailəlidir. 2 övladı, 3 nəvəsi var.
İstinadlar