Əbün-Nəca Şərəfəddin Musa ibn Əhməd ibn Musa əl-Həccavi əl-Məqdisi (; ) — Hənbəli fəqihi.

Həyatı Hicri 895-ci (1490) ildə Nablus şəhərinin Həcca kəndində anadan olub. doğdu. Bu görə də nisbəsi "Həccavi"dir. Karl Brokkelman bu nisbəni "Hucavi" olaraq qeyd etmişdir ki, bu da İslam ensiklopediyasındakı məlumata görə səhvdir.

Həccavi Şəhabəddin Əhməd ibn Məhəmməd əs-Salehi, Əbu Həfs Nəcməddin Ömər ibn İbrahim əs-Salehi, Əbül-Bərəkət Möhübbəddin Əhməd ibn Məhəmməd əl-Uqeyli kimi müəllimlərdən fiqh öyrənmiş və Seyyid Kəmaləddin Məhəmməd ibn Həmzə əl-Hüseynidən hədis sahəsinə aid icazət (diplom) almışdır (hicri 931/miladi 1525).

O, yaşadığı dövrünün Şamın yeganə Hənbəli müftüsü olmuşdur və bölgədə fiqh sahəsində hər kəsin müraciət etdiyi alim olmuşdur. Həccavi Əməvi məscidində və bəzi mədrəsələrdə dərs demişdir. Yəhya əl-Həccavi (oğlu), Şəmsəddin ibn Tarif, Şəmsəddin ər-Rəcihi, Əbu Bəkr ibn Zeytun əd-Dəməşqi es-Salehi, Şəhəbəddin Əhməd əl-Vəfai əl-Muflihi, İbrahim ibn Məhəmməd əl-Əhdəb əs-Salehi və Əbün-Nureyn Osman ibn Məhəmməd ibn İbrahim kimi alimlər ona tələbəlik etmiş şəxslərdir.

Həccavi 17 Rəbiül-əvvəl hicri 968-ci (dekabr 1560) ildə Şamda vəfat etmiş və Qasiyun ətrafına dəfn edilmişdir. Onun ölüm tarixi İbnül-İməd tərəfindən 22 Rəbiül-əvvəl hicri 960-cı (8 mart 1553) il olaraq qeyd edilmişdir.

Əsərləri Həccavi "Zədül-müstəqni fi ixtisaril-Muqni", "əl-İqnə li-talibil-intifə", "Həvəşit-Tənqih fil-fiqh alə məzhəbil-İmam Əhməd ibn Hənbəl" və başqa əsərlərin müəllifidir.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Hənbəlilər