Şəbinqarahisar Atatürk ev-muzeyi () — Mustafa Kamal Atatürkün 11 oktyabr 1924-cü ildə Şəbinqarahisara səfəri zamanı bir gecə qaldığı ənənəvi Şəbinqarahisar evlərindən biri. Binanın tikilmə tarixi dəqiq məlum olmasa da, binanın XIX əsrin sonu və ya XX əsrin əvvəllərində tikildiyi təxmin edilir. Evin ilkin sahibi Tüfəkçizadə Mustafa Ərtəm olub. Quruluşu Şəbinqarahisar ilçəsinin mərkəzində yerləşən ev, ağacdan hazırlanmış sadə iki mərtəbəli bir bina idi. Binanın ərazisi və bağ sahəsi yoldan kənarda hündürdə yerləşirdi. Evin iki istiqsmətə maili damının altında köşk otağı var, evin ön tərəfi çıxıntılı üçbucaqlı formadadır və tikintisində yerli tikinti materiallarından istifadə olunub. On pilləli daş pilləkənli əsas girişə taxta qapıdan daxil olmaq mümkündür. İkinci mərtəbənin yuxarısında ön tərəfdən görünməyən çardaq yeri vardır. Bu çardağa ikinci mərtəbədən taxta pilləkən vasitəsilə qalxmaq mümkündür.
Hörgü sistemi ilə inşa edilən binada tikinti materialı olaraq yonulmuş daşdan istifadə edilmişdir. Dam örtüyü mailidir. Dam örtüyü materialı olaraq metal lövhələrdən istifadə edilmişdir. Zirzəmisi istisna olmaqla, digər mərtəbələri suvabaraq, ağ rəngə boyanmışdır. Zirzəmisi yonulmuş daşdan tikilmişdir. Pəncərələri daş çərçivəli kvadrat formadalıdır. Digər mərtəbələrdəki pəncərələr düzbucaqlı və taxta çərçivəlidir.
Tarixi 1932-ci ildə evin içərisində aparılan müxtəlif restavrasiyalar nəticəsində o dövrdəki orijinal forması saxlanılmış və mebellə təchiz edilmişdir. Maliyyə Nazirliyi tərəfindən müsadirə edilən ev, "100 illik kutlamaları" proqramı çərçivəsində ayrılan 3 milyon tl xərclə Avtomobil Yolları Baş İdarəsi tərəfindən təmir edilərək, yenidən qurulmuş və Atatürkün Şəbinqarahisara gəlişinin 58-ci ildönümündə, 11 oktyabr 1982-ci ildə "Atatürk ev-muzeyi" olaraq ictimaiyyətə açılmışdır.
Maliyyə və Gömrük Nazirliyinin Milli Daşınmaz Əmlak Baş İdarəsinin 2 may 1986-cı il tarixli 3121-749/16781 nömrəli məktubu ilə Xəzinədarlığa məxsus bu binanın Mədəniyyət və Turizm Nazirliyinə verilməsi ləğv edilmiş və Şəbinqarahisar Bələdiyyəsinə verilmişdir. Muzey Muzeydə Atatürk və yavərinin qaldığı otaqdakı çarpayılar, yazı masası, kreslolar, stullar, divanlar və pianino, digər tarixi əşyalar və müxtəlif regional etnoqrafik əsərlər nümayiş olunur. Muzeydə həmçinin 500 kitabdan ibarət Atatürk kitabxanası və fotoşəkilləri olan Atatürk guşəsi yer alır. Texniki və mütəxəssis heyətinin olmadığı muzey, həftənin müəyyən günlərində bələdiyyə işçiləri tərəfindən açıq saxlanılır.
İstinadlar
Xarici keçidlər Şebinkarahisar Kaymakamlığı Şebinkarahisar Belediyesi
Kateqoriya:Atatürk muzeyləri Kateqoriya:1982-ci ildə yaradılmış muzeylər