Fender Jag-Stang — Elektrogitara ailəsinə aid simli musiqi aləti. Fender şirkətinin məhsulu. Fender Jag-Stang Nirvana qrupunun solisti Kurt Kobeynin ekizi əsasında Fender şirkəti tərəfindən yaradılıb.

Kobeyn mövcud iki Fender gitara modelini — Mustanq və Yaquarı bəyənirdi. O, bu gitaraların üstünlük verdiyi keyfiyyətləri birləşdirərək Fenderə iki sol əlli Jag-Stang yaratmağı təklif etdi. Birincisi (Sonic Blue) "Nirvana"nın 1993-cü ilin sonu və 1994-cü il çıxışlarında, ikincisi isə (Fiesta Red) Kurt tərəfindən son turunda (Fransada televiziya çıxışı da daxil olmaqla) istifadə edilmişdir.Archived at Ghostarchive and the Wayback Machine:

Fender Jag-Stang 1994-cü ildən istehsal olunurdu. Populyarlığının aşağı olması səbəbindən modelin istehsalı 2001-ci ildə dayandırıldı.

Fender Jag-Stangın yenidən buraxılışı 2003-cü ildən 2005-ci ilə qədər buraxıldı.

Yeni yenidən buraxılışın 2021-ci ilin oktyabr ayına planlaşdırılırdı. Bu yenidən buraxılış "Nevermind" albomunun buraxılışının 30-cu ildönümünü qeyd edir. Həmişəki kimi, gitara iki rəngdə olacaq: "Sonic Blue" və "Fiesta Red". Yeni gitara Meksikada istehsal olunacaqdı. Gitaranın başlığının arxasındakı "Designed by Kurt Cobain" yazısı çıxarılacaqdı. İstinadlar

Xarici keçidlər Fender Jag-Stang Review

Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Gitara Kateqoriya:Elektron musiqi alətləri