Didjeridu () — Avstraliyamənşəli nəfəsli musiqi aləti. O, Avstraliya aborigenlərinin və dünyanın ən qədim nəfəs alətlərindən biridir. Üfürməklə təbii səslər çıxaran təbii truba növüdür. Şimali Avstraliyanın aborigen xalqları arasında bu alət üçün bir çox ad var, lakin bunların heç biri "didgeridoo" sözünə bənzəmir. Bəzi alimlər ənənəvi alətlər üçün yerli adları saxlamağı seçiblər ki, bu da aborigen icma təşkilatları tərəfindən dəstəklənir. Lakin, gündəlik söhbətlərdə ikidilli aborigen xalqları tez-tez öz ənənələrində alətin adının əvəzinə "didgeridoo" sözündən istifadə edirlər.
Didjeridu Avstraliya aborigen xalqının mifologiyasına sıx şəkildə qovuşmuşdur və göy qurşağı ilanı Yurlunquru simvolizə edir. Onu çalmaq korboree ritualları ilə müşayiət olunur və transa səbəb olur. Didjeridunun musiqi aləti kimi unikallığı onun tipik tək notlu səsində (sözdə "dron" və ya zümzümə) yerləşir. Lakin alətin olduqca geniş tembr diapazonu var - yalnız insan səsi, çənə arfası və müəyyən dərəcədə orqanla müqayisə edilə bilər.
XX əsrin sonlarından etibarən Qərb musiqiçiləri (məsələn, Sofi Lakaze və Jamiroquai) didjeridu çalmağa başlayıblar.
Didjeridu elektron və ambient musiqisində geniş istifadə tapıb. Stiv Rouç 1980-ci illərdə Avstraliyaya çoxsaylı səyahətləri zamanı didjeridunu ambient musiqisində istifadə edən ilk insanlardan biri olub. 1992-ci ildə "Aphex Twin" Britaniya rəqs meydançalarında hit olan "Didjeridu" rəqs treki üçün didjeridu səsindən istifadə edib. İstinadlar
Ədəbiyyat Ah Chee Ngala, P., Cowell C. (1996): How to Play the Didgeridoo – and history. Chaloupka, G. (1993): Journey in Time. Reed, Sydney. Cope, Jonathan (2000): How to Play the Didgeridoo: a practical guide for everyone. . Jones, T. A. (1967): "The didjeridu. Some comparisons of its typology and musical functions with similar instruments throughout the world". Studies in Music 1, pp. 23–55. Kaye, Peter (1987): How to Play the Didjeridu of the Australian Aboriginal – A Newcomer's Guide. Kennedy, K. (1933): "Instruments of music used by the Australian Aborigines". Mankind (August edition), pp. 147–157. Lindner, D. (ed) (2005): The Didgeridoo Phenomenon. From Ancient Times to the Modern Age. Traumzeit-Verlag, Germany. Moyle, A. M. (1981): "The Australian didjeridu: A late musical intrusion". in World Archaeology, 12(3), 321–31. Neuenfeldt, K. (ed) (1997): The didjeridu: From Arnhem Land to Internet. Sydney: J. Libbey/Perfect Beat Publications.
Xarici keçidlər
The physics of the didj Didgeridoo acoustics from the :en:University of New South Wales Database of audio recordings of traditional Arnhem Land music, samples included, many with didgeridoo
Kateqoriya:Nəfəsli musiqi alətləri