Tabla — Hindistanmənşəli zərb musiqi aləti. O, baraban ailəsinə daxildir. Tabla Şimali Hindistan Hindustani ənənəsinə (Şimali Hindistan, Nepal, Pakistan, Banqladeş) aid Hindistan klassik musiqisində əsas zərb aləti olan kiçik qoşa nağaradır. O, sitar, sarod, sərəngi və ya müğənnini müşayiət etmək, kathak rəqsini müşayiət etmək və bəzən solo alət kimi istifadə olunur. Həmçinin Hindistan yarımqitəsinin folklorunda, populyar musiqisində və dini musiqisində (bhajan, qavvali) geniş yayılmışdır. Tabla əllərlə çalınır.Prajnanananda S. A History of Indian Music. — Vol. 1. Ancient Period. — Calcutta: Ramakrishna Vedanta Math, 1963. — pp. 105—106.
Tablanın mənşəyi haqqında dəqiq məlumat yoxdur. Görünür, müasir tablaların quruluşu və onların ifa texnikaları Şimali Hindistanın musiqi mədəniyyətində həm Hindistan, həm də digər, əsasən fars musiqi ənənələrinə əsaslanaraq inkişaf etmişdir.Ṭabl // The Encyclopaedia of Islam (second edition). — Vol. 10. — Leiden: Brill, 2000. — pp. 32—34.
Bəzi tədqiqatçılar hesab edirlər ki, tablanın qədim hind sələfləri Hindistan arxeoloji abidələrində relyeflərdə təsvir olunmuş qoşa zərb alətləri olub. İstinadlar
Ədəbiyyat The Major Traditions of North Indian Tabla Drumming: A Survey Presentation Based on Performances by India's Leading Artists, by Robert S. Gottlieb. Pub. Musikverlag E. Katzbichler, 1977. . The tabla of Lucknow: a cultural analysis of a musical tradition, by James Kippen. :en:Cambridge University Press, 1988. . Solo Tabla Drumming of North India: Text & commentary, by Robert S. Gottlieb, :en:Motilal Banarsidass Publ., 1993. . Fundamentals of Tabla (Volume 1), by :en:David R. Courtney. Pub. Sur Sangeet Services, 1995. . Advanced Theory of Tabla (Volume 2), by :en:David R. Courtney. Pub. Sur Sangeet Services, 2000. . Manufacture and Repair of Tabla (Volume 3), by :en:David R. Courtney. Pub. Sur Sangeet Services, 2001. . Focus on the Kaidas of Tabla (Volume 4), by :en:David R. Courtney. Pub. Sur Sangeet Services, 2002. . Theory and practice of tabla, by Sadanand Naimpalli. Popular Prakashan, 2005. . Tabla: A Quest: A Theoretical & Practical Guide (Volume 1) by :en:Ustad Julfikar Hussain and Debasish Talukdar. Anshiak Publication, 2022. .
Xarici keçidlər
On Covered Instruments (puṣkara, 'drums'), Chapter XXXII of the :en:Nāṭyaśāstra Lowell H. Lybarger Collection of Pakistani Music Materials at the Isham Memorial Library, Harvard University
Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Hindistan musiqi alətləri