Ər-Rəy döyüşü — 2016-cı ilin avqust ayında Türkiyə ilə sərhəddə, Hələb mühafəzəsinin şimal hissəsində yerləşən sərhəd şəhəri Ər-Rəydə Azad Suriya Ordusu (ASO) ilə İslam Dövləti (İŞİD) arasında baş vermiş hərbi toqquşma. Döyüş nəticəsində ASO şəhəri ələ keçirmişdir.

Zəmin

8 aprel 2016-cı il tarixində Havar Kilis Əməliyyat Otağına daxil olan müxalif qüvvələr Ər-Rəy şəhərini və ondan artıq kəndi ələ keçirmişdir, lakin üç gün sonra İŞİD-in əks-hücumu nəticəsində üsyançılar geri çəkilmiş, itirilmiş yaşayış məntəqələrinin demək olar hamısı yenidən təşkilatın nəzarətinə keçmişdir. İyun ayında üsyançılar şəhəri bir neçə saatlıq ələ keçirmişdilər, lakin sonradan oradan çıxarılmışdır.

Döyüş

15 avqust 2016-cı il tarixində güclü artilleriya atəşindən sonra müxalif qüvvələr Ər-Rəy taxıl silolarına hücuma başlamış və silolar da daxil olmaqla bir sıra mövqeləri ələ keçirmişdir, lakin ertəsi səhər şimal istiqamətindən həyata keçirilən İŞİD əks-hücumu nəticəsində üsyançılar geri çəkilməyə məcbur olmuş və təşkilat itirdiyi bütün mövqeləri geri almışdır. Mina sahələrinin mövcudluğu hücumun tempinin zəifləməsində rol oynamışdır.

17 avqust tarixində ASO qüvvələri raket-artilleriya zərbələri ilə İŞİD mövqelərini hədəfə aldıqdan sonra ikinci hücuma başlamış, müdafiənin ilk xətlərini yararaq şəhərə yenidən daxil olmuşdur. Döyüş zamanı ASO qüvvələri üç ədəd minalanmış avtomobili zərərsizləşdirmişdir. Həmin günün sonuna doğru Ər-Rəy şəhəri və sərhəd keçid məntəqəsi tam şəkildə ələ keçirilmiş, təslim olan bir sıra İŞİD döyüşçüləri hərbi əsir götürülmüşdür.

Eyni gün ABŞ Hərbi Hava Qüvvələri üsyançılara hava dəstəyi göstərmiş, Ər-Rəy yaxınlığında yerləşən bir neçə İŞİD bölməsini bombalamışdır. Döyüşlər şəhərin kənar hissələrində davam etmiş, İŞİD yaxınlıqdakı Düdyan yaşayış məntəqəsində yerləşən qərargahını saxlamışdır.

Üsyançılara mövqeləri möhkəmləndirmək üçün qısa vaxt verilməsi səbəbindən İŞİD 19 avqust tarixində şərq istiqamətindən sürətli əks-hücuma başlamış, taxıl silolarını və yaxınlıqdakı yüksəklikləri yenidən ələ keçirmişdir. Bununla belə, şəhərə yönəlmiş hücumun qarşısı alınmış və ASO tərəfi ondan artıq İŞİD döyüşçüsünün öldürüldüyünü bildirmişdir. Növbəti gün ASO qüvvələri taxıl silolarını yenidən nəzarətə götürmüşdür.

Nəticələr

20 avqust tarixində çoxsaylı üsyançı qüvvələr və ağır və orta silahlarla yüklənmiş 50-dən artıq nəqliyyat vasitəsindən ibarət hərbi karvan Ər-Rəydən Cərablus istiqamətində Türkiyə sərhədinə köçürülmüşdür. Bu proses Türkiyə Silahlı Qüvvələrinin Cəsablusa istiqamətlənmiş hücum əməliyyatına hazırlığı fonunda baş vermişdir.

27–28 avqust tarixlərində üsyançılar Ər-Rəyin şərqində yerləşən üç kəndin ələ keçirildiyini bildirmişdir, lakin 27 avqust tarixində İŞİD-in Ər-Rəyi yenidən ələ keçirdiyi barədə məlumat yayılmışdır. Ertəsi gün şəhərin yenidən üsyançı qüvvələrin nəzarətində olduğu bildirilmişdir. 4 sentyabr tarixinə olan məlumata görə, ASO Türkiyə–Suriya sərhədi boyunca İŞİD-in nəzarətində olan bütün əraziləri ələ keçirmişdir.IS is losing connection with the international world and being besieged inside the Syrian lands SOHR (4 September 2016)

İstinadlar

Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:2016-cı ildə Suriya Kateqoriya:Hələb mühafəzəsi