Jozef Antuan Ferdinand Plato (; ) — belçikalı fizik və riyaziyyatçı. O, hərəkət edən təsvir illüziyasını nümayiş etdirən ilk şəxslərdən biri olmuşdur. Bu məqsədlə o, birinin üzərində hərəkətin kiçik artımlarla təkrarlanan rəsmləri, digərində isə müntəzəm aralıqlı yarıqlar olan və əks istiqamətdə fırlanan disklərdən istifadə etmişdir. O, 1832-ci ildə ixtira etdiyi bu cihazı fenakistiskop adlandırmışdır.

Bioqrafiyası

Plato 14 oktyabr 1801-ci ildə Brüsseldə anadan olmuşdur. Onun atası, Turne şəhərində doğulmuş Antuan Plato, istedadlı gül rəssamı idi.: this ample biographical paper is used in this section as the main reference. Altı yaşında artıq oxumağı bacaran kiçik Plato, dövrünün möcüzə uşaq hesab olunurdu. İbtidai məktəbdə oxuyarkən fizika dərsi onda xüsusi təəssürat yaratmış; müşahidə etdiyi təcrübələrdən valeh olaraq, bir gün onların sirlərini açacağına dair özünə söz vermişdi. Plato məktəb tətillərini Marş-le-Damda əmisi və onun ailəsi ilə keçirirdi. Onun xalası oğlu və oyun yoldaşı Ogüst Payen sonralar memar və Belçika dəmir yollarının əsas layihəçisi olmuşdur. On dörd yaşında hər iki valideynini itirən Platonun səhhəti bu itkinin yaratdığı travma nəticəsində pisləşmişdir.

27 avqust 1840-cı ildə Plato Avqustina-Tereza-Eme-Fanni Klavaro ilə evlənmişCommonly referred as Fanny Clavareau: see the , web site section "Plateau's blindness". və bir il sonra onların bir oğlu dünyaya gəlmişdir. Qızı Alis Plato 1871-ci ildə Qustav Van der Mensbruqqe ilə ailə qurmuşdur; Mensbruqqe sonradan onun həmkarı və ilk bioqrafı olmuşdur.

İşığın torlu qişada (retina) qalma müddəti (vizual davamlılıq) ilə maraqlanan Plato, 25 saniyə ərzində birbaşa Günəşə baxdığı bir təcrübə həyata keçirmişdir. Ömrünün sonrakı illərində görmə qabiliyyətini itirən alim bunu həmin təcrübə ilə əlaqələndirirdi. Lakin bu, həqiqəti əks etdirməyə də bilər; belə ki, onun xroniki üveit xəstəliyindən əziyyət çəkdiyi ehtimal olunur.

Plato 1872-ci ildə Niderland Kral Elm və Sənət Akademiyasının xarici üzvü seçilmişdir.

O, 1883-cü ildə Gent şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Plateau-Rayleigh instability – a 3D-lattice kinetic Monte Carlo simulation

Kateqoriya:14 oktyabrda doğulanlar Kateqoriya:1801-ci ildə doğulanlar Kateqoriya:Brüsseldə doğulanlar Kateqoriya:15 sentyabrda vəfat edənlər Kateqoriya:1883-cü ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Göttingen Elmlər Akademiyasının üzvləri