Hübert Rivz () — fransız-kanadalı astrofizik və yazıçıdır.
Erkən həyatı və təhsili
Rivz 13 iyul 1932-ci ildə Monrealda anadan olmuş, uşaqlıq illərini Leri şəhərində keçirmişdir. O, Monrealın nüfuzlu fransızdilli təhsil müəssisəsi olan Jan-de-Brebeof Kollecində təhsil almışdır. 1953-cü ildə Monreal Universitetində fizika üzrə bakalavr dərəcəsi, 1956-cı ildə MakGill Universitetində "Hidrogen və heliumda pozitroniumun yaranması" mövzusunda magistr dissertasiyası müdafiə edərək magistr dərəcəsi, (supervisor: J. David Jackson) 1960-cı ildə isə Kornell Universitetində fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.
Karyerası
1960-cı ildən 1964-cü ilə qədər Monreal Universitetində fizika fənnindən dərs demiş və NASA-da məsləhətçi kimi fəaliyyət göstərmişdir. 1965-ci ildə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzində (CNRS) tədqiqat direktoru vəzifəsinə təyin olunmuşdur.
Şəxsi həyatı və vəfatı
Rivz elmin təbliği məqsədilə tez-tez televiziya proqramlarında çıxışlar etmişdir. O, Fransanın Paris şəhərində yaşamış və 13 oktyabr 2023-cü ildə, 91 yaşında orada vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Biography in English
Kateqoriya:13 iyulda doğulanlar Kateqoriya:1932-ci ildə doğulanlar Kateqoriya:Monrealda doğulanlar Kateqoriya:13 oktyabrda vəfat edənlər Kateqoriya:2023-cü ildə vəfat edənlər Kateqoriya:Fransada vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Astrofiziklər Kateqoriya:Ekoloqlar Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:MakGill Universitetinin məzunları Kateqoriya:Kornell Universitetinin məzunları Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"Fəxri legion" ordeninin kavalerləri Kateqoriya:"Kanada" ordeninin üzvləri Kateqoriya:"Kanada" ordeninin zabitləri Kateqoriya:Kanada Kral Cəmiyyətinin üzvləri