Ədəbül-müfti vəl-müstəfti () — İbn əs-Salahın fiqh sahəsinə aid əsəri.
Əsər "Ədəbül-müfti vəl-müstəfti"nin digər bir adı "Şürut əl-müfti"dir. Əsər müftilərin və müstəftilərin (fətva soruşan, müqəllid) əməl etməli olduğu qayda və prinsiplərdən bəhs edir: fətva verərkən dəlili qeyd etmək, fətvanın dil üslubu, fəta verərkən oxunacaq dualar və s. mövzulara toxunulur, müftülərin səbirli və anlayışlı olmalarının vacibliyi vurğulanır. Əsərdə həmçinin müftilərə kəlam məsələlərində ehtiyatlı olmaq tövsiyə edilir.
"Ədəbül-müfti vəl-müstəfti" müxtəlif əsərlərlə birlikdə və müxtəlif adlar altında dəfələrlə nəşr edilmişdir (Beyrut: 1986; Qahirə; 1992 və s.). Əsərin Mədinə (Məktəbət əl-Ülum vəl-Hikəm: 1986) nəşri 215 səhifə təşkil edir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar