Təhzib ət-Təhzib () — İbn Həcər əl-Əsqəlaninin rical (hədis) sahəsinə aid əsəri.

Əsər "Təhzib ət-Təhzib" əsəri "Kütubi-sittə" məcmuəsindəki ravilər haqqında olan "Təhzib əl-Kəmal fi əsmair-rical" adlı əsərin ixtisarıdır. Əsəri İbn Həcər əl-Əsqəlani hicri 808-ci (1405) ildə tamamlamış, 1/3 miqdarına qədər qısaltmış və "Təhzib əl-Kəmal"dan daha əvvəl çıxarılmış bioqrafiyaları əlavə edərək "Təhzib ət-Təhzib"i əsrəyə gətirmişdir. Əsəri mühüm edən xüsusiyyət İbn Həcərin hər bir ravi üçün lazım gələn cərh və tədil məlumatlarının nizamlı və yığcam şəkildə təqdim edilməsidir.

"Təhzib ət-Təhzib"in müxtəlif nəşrləri həyata keçirilmişdir (I–XII, Heydərabad (Hindistan): hicri 1325–1327; Beyrut: 1968; I–VI, Beyrut: 1991).

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar