Ernst Karl Gerlax Ştükelberq (; vəftiz adı: Yohan Melxior Ernst Karl Gerlax Ştükelberq, ; 1911-ci ildən sonrakı tam adı: Baron Ernst Karl Gerlax Ştükelberq fon Braydenbax tsu Braydenştayn und Melsbax, ;Burton Feldman, The Nobel Prize: A History of Genius, Controversy, and Prestige, Arcade Publishing, 2001, p. 193. ) – 20-ci əsrin ən nüfuzlu fizikləri sırasında yer alan isveçrəli riyaziyyatçı və fizik.
O, nəzəri fizika sahəsində fundamental qüvvələrin mübadilə hissəciyi modeli, kauzal S-matrisi nəzəriyyəsi və renormalizasiya qrupu daxil olmaqla mühüm nailiyyətlər əldə etmişdir. Özünəməxsus (idiosinkratik) yazı üslubu və məqalələrini az tanınan jurnallarda dərc etdirməsi səbəbindən, onun elmi fəaliyyəti 1990-cı illərin ortalarına qədər geniş kütlə tərəfindən tanınmamışdır.
Erkən həyatı
1905-ci ildə Bazeldə yarım-aristokrat ailədə doğulan Ştükelberqin atası vəkil, ata tərəfdən babası isə onunla eyni adı daşıyan tanınmış isveçrəli rəssam Ernst Ştükelberq olmuşdur. Olduqca istedadlı bir şagird olan Ştükelberq, 1923-cü ildə Bazel Universitetində fizika ixtisası üzrə təhsil almağa başlamışdır.
İstinadlar
Xarici keçidlər blog post concerning Stueckelberg with comment by Petermann Oakley, C.G. "The search for Quantum Field Theory"
Kateqoriya:1 fevralda doğulanlar Kateqoriya:1905-ci ildə doğulanlar Kateqoriya:Bazeldə doğulanlar Kateqoriya:4 sentyabrda vəfat edənlər Kateqoriya:1984-cü ildə vəfat edənlər Kateqoriya:Cenevrədə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Sürix Universitetinin müəllimləri Kateqoriya:Cenevrə Universitetinin müəllimləri Kateqoriya:Lozanna Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Bazel Universitetinin müəllimləri Kateqoriya:Münxen Lüdviq-Maksimilian Universitetinin məzunları Kateqoriya:Bazel Universitetinin məzunları Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri