Əbu Züra Ubeydullah ibn Əbdilkərim ibn Yezid ər-Razi () — hədis hafizi və tənqidçisi.

Bioqrafiyası Hicri 194-cü (809-810) ildə anadan olub. "Muvatta"nı əzbərləyib. Kufə, Bəsrə, Misir, Cəzirə, Bağdad, Qəzvin, Nişabur və Şama elmi səyəhətlər edib. Hədis sahəsi üzrə Əbu Nuaym Fəzl ibn Dükeyn, Əhməd ibn Hənbəl, Rəbi ibn Süleyman əl-Cizi, Əbu Sələmə ət-Təbuzəki, İbrahim ibn Musa əl-Fərra, İbn Əbu Şeybə və başqalarında bəhrələnib, onlardan yüz minlərlə hədis yazıb. Qiraət sahəsi üzrə isə Qalun, Xələf ibn Hişam və Duri kimi alimlərə tələbəlik edib. Sədi əl-Haşimi onun həyatını tədqiq etdiyi əsərində 580 müəlliminin adını qeyd edib.

Ondan hədis rəvayət etmiş şəxslər arasında isə Hərmələ ibn Yəhya, Fəllas, Yunus ibn Əbdüləla əs-Sədəfi, Müslüm ibn Həccac əl-Quşeyri, İbn Varə, Tirmizi, Əbu Hətim ər-Razi, Əbu Züra əd-Dəməşqi, İbrahim əl-Hərbi, Abdullah ibn Əhməd ibn Hənbəl, Nəsai, Əbu Yalə öl-Mövsili, Təbəri, Əbu Əvanə əl-İsfərayini və İbn Əbu Davud kimi tanınmış alimlər vardır.

Əbu Züra ər-Razi hicri 264-cü (878) ildə Reydə vəfat edib.

Onunın dövrümüzə qədər gəlib çatmış yeganə əsəri "Kitabüd-Duafə vəl-kəzzabin vəl-mətrukin min əshabil-hədis" adlı kitabdır.

İstinadlar Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər