Karim Abdulla oğlu İdelqujin — (; ) — başqırd milli hərəkatının ideoloqlarından və fəallarından biri, ictimai və dövlət xadimi.

Həyatı Karim ilk təhsilini kənddə mollaxana adlandırılan ibtidai məktəbdə almışdır. O dövrdə bölgədə "Osmaniyyə", "Qaliyə", "Xusaniyyə", "Sultaniyyə", "Rasuliyyə" və b. mədrəsələr fəaliyyət göstərirdi. Bu təhsil ocaqları arasında Şərqin bir çox ölkələrini gəzib, İstanbul və Qahirə kimi şəhərlərdə təhsil aldıqdan sonra vətənə dönmüş Pərvazəddin Camaləddin Kamaləddinovun açdığı "Qaliya" mədrəsəsi xüsusilə seçilirdi. Ziya Kamali kimi tanınan din alimi və pedagoqun açdığı mədrəsəni dövrün bir çox məşhur adamları bitirmişdir. Karim İdelqujin də 1912-1914-cü illərdə mədrəsədə oxuyarkən müxtəlif siyasi baxışlı müəllimlərlə və gələcəyin məşhur şairləri və yazıcıları ilə, siyasi və ictimai xadimləri ilə, dövlət adamları ilə tanış olub və dostlaşmışdır Əli Şamil. "Karim İdelqujin. Türk Dünyasının Məşhurları" Bakı-2013. 1914-cü ildən 1917-ci ilə qədər Rusiya ordusunda xidmət etmiş və Birinci Dünya Müharibəsində iştirak etmişdir. K.İdelqujin bütün gücünü millətinin azadlığı uğrunda mübarizəyə sərf edir. Maarifçiliklə yanaşı təşkilatçılıq işləri də aparır. Əsas diqqətini azadlıq mübarizəsinin alovlandırılmasına yönəldir. Başqırdıstanın muxtariyyəti ideyasını yayanlardan birinə çevrilir. 1917-ci ilin dekabrında Orenburqda "Kiçik Başqırdıstan" dövləti qurulur. Lakin bu dövlətin möhkəmlənməsinə bir tərəfdən A.Dutovun və Kolçakın silahlı dəstələri, o biri tərəfdən də bolşeviklərin əsgəri birlikləri mane olur. Vəziyyətin çıxılmaz olduğunu görüb Zəki Vəlidi Toğanın rəbərlik etdiyi qrup bolşeviklərlə ittifaqa girməyi qərara alır. Karim İdelqujin də bu ittifaqın tərəfdarlarından olur. 1919-cu ilin martında milli hökumətin ordu birlikləri bolşevik əsgəri birliklərinə qatıldı və hakimiyyətin də bolşeviklərə verildiyi elan edildi. Başqırdıstana isə Rusiya Federasiyasının tərkibində muxtar respublika statusu verildi. O, 1918-ci ildən 1919-cu ilə qədər Başqırd Ordusunda unterzabit rütbəsində xidmət etmişdir. 1918-ci ilin oktyabr ayından Q.S.İdelbayev adına 2-ci Başqırd Süvari Alayında katib olmuş, 1919-cu ilin aprel ayından Qırmızı Ordunun 1-ci Ordusunun 20-ci Atıcı diviziyasında Başqırd İnqilab Komitəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışmışdırНациональная библиотека имени Ахмет-Заки Валиди Республики Башкортостан.Идельгужин Карим (1895-1937). https://ebook.bashnl.ru/dsweb/View/ResourceCollection-3998 .

Başqırd hökuməti ilə mərkəzi Sovet hökuməti arasında "Saziş..." imzalandıqdan sonra Muxtar Başqırd Sovet Respublikası yaradılmışdır. İdelqujin Tamyan-Katay Kantonunun hərbi komissarı təyin edilir Башкортостан с древнейших времен до наших дней. Хроника основных событий / Сост. Р. А. Валишин. — Уфа: Китап, 2007. — 480 с. — С. 88..

1920-ci ildən Burzyan-Tangaur Kantonu İcraiyyə Komitəsinin, sonrakı ildən isə Tok-Suran Kantonu İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1924-cü ildən 1925-ci ilə qədər Arqayaş Kantonu İcraiyyə Komitəsinin sədri olmuşdur.

1922-1924-cü illərdə Orenburqdakı Başqırdıstan Xalq İnstitunu bitirən Karim İdelqujini Ufa şəhərinə gəlir və vilayət partiya komitəsinin orqanı "Başkortostan" qəzetinə redaktor təyin edilir. O, redaktor işlədiyi illərdə savadsızlığın aradan qaldırılmasına, başqırdların yüzillər boyu istifadə etdikləri ərəb qrafikalı əlifbanın latın əlifbası ilə əvəzlənməsinə daha çox diqqət yetirir. 1922-1924-cü illərdə Orenburqda Başqırd Xalq Maarifi İnstitutunun direktoru olmuş, 1925-ci ildən üç il ərzində "Başqırd" qəzetinin baş redaktoru vəzifəsində çalışmış və 1-4-cü çağırışlar üzrə Başqırd Mərkəzi İcraiyyə Komitəsinə seçilmişdir.

1934-1936-cı illərdə Başqırd Pedaqogoji Tədqiqat İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır.

1926-cı ildə o, Vətəndaş müharibəsi dövründə Başqırd milli hərəkatının tarixini araşdıran ilk elmi əsər olan "1917, 1918 və 1919-cu illərdə Başqırd Hərəkatı" kitabını nəşr etdirdi

Çox keçmədən, boşeviklər milli ordunun əsgər və zabitlərinə, eləcə də hökümətdə müxtəlif vəzifə tutanları güllələməyə, həbs etməyə, onlara təziq göstərməyə başlayır. O, 1935-ci ildə həbs edilir, millətçilik və əksinqilabi fəaliyyətdə ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edildi. Lakin bu həbs onu 1937-ci ilin kütləvi repressiyasından qurtara bilmir. Həbsxanada olsa da onu yenidən istintaqa cəlb edir və millətçilikdə, əksinqilabi fəaliyyətdə suçlayaraq 1937-ci il dekabrın 8-də güllələyirlər. Yalnız 1956-cı ildə bəraət qazandı.

Fəaliyyəti 1926-ci ilin fevral-martında Bakıda keçirilən I Türkoloji Qurultaya Karim İdelqujin tək gəlmir. Əlifba və tədris məsələləri ilə ardıcıl məşğul olan Məcid Masaqutoviç Bilyalov, Qabdullah Fazliyeviç Vilqadanov, Xabibulla A. Kahirovviç Qabitov, Şərif Axmedoviç Manatov, Saqid Qubaydullin Miryasov, Zakir Şakiroviç Şakirov, Tatarıstandakı Kajur nəşriyyatının baş redaktoru Salah Sadri oğlu Ataqulovla birlikdə Bakıya gəlir. Qurultay çox gərgin keçir. Xüsusən Tatarıstandan gələnlər latın qrafikalı əlifbaya keçməkdənsə yüzillər boyu işlədilən ərəb əlifbasının islah edilərək türk dilləri üçün uyğunlaşdırılmasını tələb edirdilər.

K.İdelqujin bu diskussiyalarda fəal iştirak edir, gənc Türkiyə Cümhuriyyətinindən gəlmiş professor Mehmed Fuad Köprülü, Əli bəy Hüseynzadə, eləcə də Türkiyənin Bakıdakı konsulu Ferid Xurşud və başqaları ilə yaxından tanış olur, Sovetlərin milli məsələdəki mövqeyini müzakirə edirlər.

Bakıda keçirilən I Türkoloji Qurultay Karim İdelqujin Sovet siyasətinə baxışda köklü dəyişikliklər yaradır. 1926-cı ildə çap etirdiyi "1917, 1918, 1919-cu illərdə başqırd hərəkatı" kitabını yazıb çap etdirməkdə yanlışlığa yol verdiyini anlayır. Bu kitab faktlar baxımından nə qədər zəngin olsa da sonradan Sovet xüsusi xidmət orqanlarının başqırd millətçilərinə və vətənpərvərlərinə divan tutmalarında da əvəzsiz informasiya mənbəyi olmuşdur.

O, elmi-pedaqoji sahədə çalışır. Araşdırmalar aparır. Sovetlərin Rusiyanın yeritdiyi assimliasiya siyasətini davam etdirdiyini yazır. Elmi tədqiqat pedaqogika institunda işləyəndə başqırdların yüzillər boyu davam etmiş ailə təliminin öyrənilməsinə xüsusi diqqət yetirir. Gənc kadrları da bu yönə istiqamətləndirir. Karim İdelqujin vətənsevər və millətinə xidmət edən bir ziyalı olmuşdur. O, bolşeviklərlə birlikdə işləyəndə də həmişə millətini düşünmüş, imkanlardan millətinin xeyiri üçün yararlanmağa çalışmışdır. Müticəsinə yuxardan gələn əmirləri yerinə yetirməmişdir. Elə buna görə idi ki, 1956-ci ildə Stalin şəxsiyyətə pərəstişdə suçlandıqdan sonra 1937-ci ildə həbs edilənlərin böyük əksəriyyətinə həmin illərdə fiziki bəraət verilsə də Karim İdelqujin bəraəti 1989-cu ilədək yubadıldı. Sovetlər Birliyinin çoküşü yaxınlaşdıqda başqırd xalqı vətənsevər Karim İdelqujinin bəraət almasına nail oldu.

İstinadlar

Ədəbiyyat Ярмуллин А.Ш. Автономиялы Башҡортостан байрағы аҫтында. Өфө, 2009; Давлетшин Р.А. Башкирское национально-освободительное движение в лицах: К.А.Идельгужин //История края и судьбы людей: тез. докл. и сообщ. второй науч.-краеведч. конф. Уфа, 1994. Давлетшин Р. А. Идельгужин, Карим Абдуллович // Башкирская энциклопедия / гл. ред. М. А. Ильгамов. — Уфа : ГАУН РБ «Башкирская энциклопедия», 2015—2024. — ISBN 978-5-88185-306-8.

Biblioqrafiyası Октябрь революцияһы башҡорт крәҫтиәндәренә ни бирҙе. — Өфө, 1925. Башҡорт хәрәкәттәре. 1917—1919 йылдар. — Өфө, 1926Р.А.Давлетшин. ИДЕЛЬГУЖИН Карим Абдуллович. Региональный интерактивный энциклопедический портал «Башкортостан». https://bashenc.online/ru/articles/85019/ .

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Başqırd MSSR Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:SSRİ-də ölümündən sonra bəraət alanlar