Tomris ()Adolf Erman: Archiv fur wissenschaftliche Kunde von Russland, Cilt 1, Reimer, 1968, s.386 — Massagetlərdən və saklardan olan məşhur peçeneqNecati Gültepe, Türk kadın tarihine giriş: Amazonlardan Bâcıyân-ı Rûmʼa, Ötüken, 2008, s.54–55 qadın sərkərdə, skif dövlət xanı.İlyas Kara: Fedâi, Çatı Kitapları, 2008, s.17 The Turks. Volume 1: Early Ages. Part 3: Old nomads of the steppes: Scythian age in Eurasia. Prof. Dr. A. Chay — Prof. Dr. I. Durmus, Scythians, Yeni Türkiye, Ankara 2002, S. 147–166 , ISBN 975-6782-56-0İbrahim Ateş, Sadi Bayram, Mehmet Narince: 10. Vakıf Haftası, Vakıflar Genel Müdirlüğü Yayınları, 1993, s.147Ümit Hassan, Sina Akşin: Türkiye tarihi: Osmanlı devletine kadar Türkler, Cem Yayınevi, 1987, s.140Türk Kültürünü Araştırma Enstitütü. Türk kültürü: aylık dergi yayınlayan Türk Kültürünü Araştırma Enstitüsü, 11'ci Cilt, 1972, s.618
Herodot Tomris barədə
Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Əhəməni dövlətinin banisi II Kirin (e.ə. 550–530) ölümü bədii mövzu kimi antik müəlliflərin yaradıcılığında dərin iz buraxmış, əsrdən əsrə ötürülərək əfsanələşmişdir. E.ə. V əsrdən başlayaraq Herodot, Ktesi, Beros, Strabon, Arrian, Polien, Diodor, Ammian Marsellin və digər yazarlar bu mövzuya müraciət etmiş, onlara məlum detallarla fərqli hekayələrin yaranmasına səbəb olmuşlar. II Kirin ölümü ilə nəticələnən hərbi əməliyyatlar haqqında rəsmi qaynağın yoxluğundan indiyə kimi antik müəlliflərin yazdıqları ilə kifayətlənməli oluruq. Bu həlledici döyüşün harada baş verdiyi ilə bağlı ən mötəbər mənbə məhz Herodotun "Tarix" əsəri hesab edilir. Kir müasir Azərbaycan Respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget çarlığına (bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər. Çünki massagetlər Orta Asiyada da yaşayırdılar) yürüşü zamanı öldürülmüşdü.
Bu rəvayətin qəhrəmanı massagetlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bəziləri onları skif tayfalarından sayır. Massagetlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirirHerodotos, I, s. 201–216. Ancaq Tomiris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massagetlər üzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verir. Belıliklə, hərbi əməliyyatların həlledici mərhələsində II Kirin komandanlığı altında Əhəməni ordusu Araz çayını keçib, massagetlərin ölkəsinə daxil olur.
Kirin qoşunu bu işlərlə məşğul olarkən Tomiris carçıları çağırıb, onların dili ilə Kirə belə bir müraciət etdi: "Ey Əhəməni hökmdarı! Öz niyyətindən geri çəkil. Axı sən irəlicədən bilə bilməzsən ki, bu körpülərin qurulması sənə xeyirdir, yoxsa ziyan? Bu işin başını burax, get öz ölkəndə şahlıq elə və bizim öz ölkəmizdə hökmranlıq etməmizə paxıllığın tutmasın. Ancaq sən əlbət ki, bu məsləhətə qulaq asmayacaq və öz bildiyin kimi hərəkət edəcək, aramızdakı sülhü pozacaqsan. Əgər sən massagetlərin üzərinə hücuma keçməyi belə çox istəyirsənsə, körpü qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz qoşunlarımızı çaydan üç günlük məsafəyə geri çəkərik. Yox, əgər sən bizi öz torpağına buraxmaq istəyirsənsə, işini davam elətdir." Bu müraciətdən sonra Kir fars əyanlarını öz yanına çağırtdırıb, onlardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki, Tomirisin qoşununu burada gözləmək daha məqsədəuyğundur.
Müşavirədə iştirak eləyən lidiyalı Krez isə bu qərarın əleyhinə çıxır. "Mənə belə gəlir ki, biz gərək çayı keçərək, ölkənin içərilərinə doğru irəliləyək. Onlar geri çəkildikcə biz irəliləyək. Mən bilən fars həyat tərzinin gözəllikləri və bizim aldığımız böyük həzz və ləzzətlər massagetlərə məlum deyil. Buna görə də mən düşünürəm ki, biz gərək öz düşərgəmizdə onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək, masaların üstünə şərab və cürbəcür yeməklər düzək. Bütün bunlardan sonra az miqdarda qoşunu orda saxlayıb, qalanları ilə çaya tərəf geri çəkilək. Əgər mən öz düşüncəmdə yanılmıramsa, düşmən bu tələyə düşərək, özünü nemətlərimizin üstünə atacaq və bizim böyük hünərlər göstərməmiz üçün şərait yaranacaqdır." left|thumb|350px|Piter Paul Rubensin çəkdiyi "Tomris Əfsanəsi" əsərində Tomrisin fars hökmdarı Kirin başını qan dolu qaba salması Beləliklə, məşvərətçilərin fikirləri haçalanır. Kir özünün əvvəlki fikrindən daşınaraq, Krezin təklifinə tərəfdar çıxır. Şah Tomirisə xəbər göndərir ki, biz sənin ölkənə keçmək istəyirik, geri çəkil. Tomiris də sözünə əməl edərək qoşununu geri çəkir. Belə olduqda Kir Krezi öz varisinə – oğlu Kambizə həvalə edir. Hökmdar oğlundan israrla xahiş edir ki, Krezə hörmət göstərilsin və (əgər massaketlər üzərinə hücum baş tutmasa) onu himayə etsin. Beləliklə, Kir Kambizi İrana göndərib, özü qoşunla birgə çayı keçir. Bir günün içində Arazı keçən Kir Krezin təklifinə əməl edir. Düşərgəsində ən zəif dəstəsini qoyaraq, özü güclü qoşunları ilə geri çəkilir. Massaget hissələri düşərgəyə hücum çəkib, zəif farslara qələbə çalır. Krezin dediyi kimi, qələbəni qeyd etmək də yaddan çıxmır. Yeyib-içdikdən sonra massagetləri yuxu tutur. Beləliklə, onlar yuxuda ikən farsların hücumuna məruz qalır, bir çoxları ölür, bir çoxları isə əsir düşürlər. Massagetlərin sərkərdəsi, Tomirisin oğlu Sparqapis də əsir düşənlərin içərisində idi.
Tomiris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi Kirin yanına çapar göndərir. Çapar deyir: "Qaniçən Kir! Öz hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəlibsiz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. İndi gəl massagetlərin üçüncü hərbi hissəsini yenəndən sonra xoşluqla mənim məsləhətimə qulaq as: oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən doğrudan da səni qan gölündə boğaram." thumb|200px|Aleksandr Zikin çəkdiyi Tomrisin Kirin başını qan dolu tuluğa salmasını təsvir edən qravür
Kir isə bu sözlərə əhəmiyyət vermədi. Tomirisin oğlu Sparqapis şərabın dumanı başından çəkilən kimi hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını xahiş edir. Əlləri açılan kimi şahzadə özünü öldürür.
Tomiris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, türk tayfalarının düşmənə qarşı keçirdiyi ən böyük və ən qanlı döyüş idi. Döyüşün gedişi haqda məlum olanlar bunlardır: əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massaketlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomiris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq belə söylədi: "Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."
Massagetlər Hadisənin məhz Azərbaycan ərazisində baş verdiyini nəzərə alsaq massaget tayfalarının harada yaşamaqlarını aydınlaşdırmaq məqsədəuyğun olardı. Massagetlərin məskunlaşdığı ərazinin müəyyən edilməsi indiyə kimi mübahisə predmeti olaraq qalır. Bir sıra tədqiqatçılar massaget tayfalarının məskunlaşdığı ərazini Xəzər və Aral dənizləri arasında yerləşdiyini qeyd edirlərСтруве В. В. Поход Дария I на саков-массагетов // ИАН СССР, 1946, Том. 3, № 4, с. 231–250Дандамаев М. А. Поход Дария против скифского племени тиграхауда // КСИНА, 1963, 61, с. 175–187Пьянков И. В. К вопросу о маршруте похода Кира II на массагетов // ВДИ, 1964, № 3, с. 115–130Пьянков И. В. Массагеты Геродота // ВДИ, 1975, № 2, с. 46–70Литвинский Б. А. Древние кочевники "Крыши мира". Москва, 1972, с. 127, 172. Antik dövrün sonlarına və Erkən Orta əsrə aid qaynaqlara istinadən massagetlərin Azərbaycanın şimal-şərq bölgəsində yayıldıqları qeyd olunsa da, bu məskunlaşmanı e.ə. I əsrdən sonrakı dövrlərə aid edirlərГейбуллаев Г. А. К этногенезу азербайджанцев (историко-этнографическое исследование). Том I, Баку, 1991, с. 144Алиев И. О некоторых вопросах этнической истории Азербайджанского народа. Баку, 2002, с. 157–159; 177. Respublikamızın ərazisində massagetlərin göstərilən tarixdən də əvvəl yayıldıqlarına dair elmi-kütləvi ədəbiyyatda ara-sıra söylənən mülahizələr elmi cəhətdən yetərincə əsaslandırılmadığından elmi ictimaiyyət tərəfindən ciddi qarşılanmır.
Massagetlərin e.ə. I minilliyin ortalarında məskunlaşdıqları ərazi Herodotun əsərində belə təsvir olunur: "Onlar (yəni massagetlər) şərqdə, günəşin doğduğu tərəfdə, Araks çayının arxasında…yaşayırlar"Herodotos, I, 201. Bənzər ifadə ilə II əsr müəllifi Dionisi Periegetin "Yerin təsviri" əsərində qarşılaşırıq: "…şərqdə, gurultulu Araksın qarşı tərəfində massagetlər yaşayır"Dionis Perieget, 739–740.
Ehtimal olunur ki, Herodot "Arakses" adı altında üç fərqli çayı – Volqanı, Amudəryanı və indiki Arazı qarışıq salmışdırПьянков И. В. Массагеты Геродота…, с. 65–66Толстов С. П. Древний Хорезм. Москва, 1948, с. 53Куклина И. В. Этнография Скифии по античным источникам. Ленинград, 1985, с. 123. Bu onunla əsaslandırılır ki, onun əsərində "Araksın " təsviri hansısa konkret bir çaya uyğun gəlmir. Digər tərəfdən, massagetlərdən danışarkən Herodotun "deyirlər" sözünü işlətməsi güman etməyə əsas verir ki, onun məlumatları, o cümlədən Araz çayı haqqında informasiyası fərqli şifahi mənbələrdən alınmışdır. "Araks" çayı haqqında Herodot yazır: "Araks çayı matienlərin [ölkəsindən] axır…. Araksın qollarından biri açıq ərazilərdən Kaspi dənizinə axır"Herodotos, I, 202. Əsərin başqa yerində o, "Araksı" "gündöğan [tərəfə] axan çay" kimi xarakterizə edirHerodotos, IV, 40. Güman olunur ki, Herodot massagetlərin təzyiqi ilə skiflərin "Araksı" keçdiyindən danışarkən Volqanı, II Kirin keçdiyi "Araks" hidronimində Amudəryanın qollarından birini, mənbəyi matienlərin ölkəsindən başlayan "Araks " deyərkən indiki Arazı nəzərdə tutmuşdur. Əhəməni dövləti ilə massagetlərin ölkəsi arasında sərhəddin Volqadan keçdiyi qeyri-mümkün görünür, çünki bu çay Xəzərə şimaldan tökülür.