Əbül-Həsən Əhməd ibn Məhəmməd ibn Abdullah əl-Bəzzi (; ) — on qiraət imamlarından İbn Kəsrin iki ravisindən biri. Rəmzi ərəb əlifbasındakı "ه" hərfidir.

Bioqrafiyası Hicri 170-ci (786) ildə Məkkədə anadan olub və hicri 250-ci (864) ildə elə Məkkədə də vəfat edib.

Süfyan ibn Uyeynə, Müəmməl ibn İsmayıl və Malik ibn Sueyr kimi alimlərdən hədis öyrənib.

Buxari "ət-Tarixul-kəbir" adlı əsərində ondan hədis nəql edib.

Həmçinin bax Qunbul

İstinadlar