2026-cı ildə Azərbaycan mədəniyyəti — Azərbaycan mədəniyyətində 2026-cı ildə baş verən vacib mədəniyyət hadisələrini əhatə edir. 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə baş vermişdir. 2026-cı ildə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin və Xaqani Şirvaninin 900 illik yubileyinin müxtəlif tədbirlər vasitəsilə qeyd edilməsi ilə bağlı qərar qəbul edilmişdir.
14 yanvarda "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq edilmişdir. 10 fevralda Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi və "Şuşa Şəhər Dövlət Qoruğu" ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilmişdir. 26 fevralda Xocalı şəhərində Xocalı soyqırımına həsr edilmiş memorialın açılışı olmuşdur. 13 martda elan edilmişdir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın "Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması" layihəsi həyata keçiriləcək. 17 martda Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra açılışı olmuşdur. 27 martda Rusiya Prezidenti Vladimir Putin Dərbənddə təmir edilmiş Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında iştirak etmişdir.
Azərbaycanda 2026-cı ildə II Beynəlxalq Xalça Festivalı, "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Azərbaycanı 2026 Avroviziya Mahnı Müsabiqəsində JIVA (Cəmilə Həşimova) təmsil edəcək.
İl boyunca davam edən hadisələr
2026-cı ilin mövzusu: Şəhərsalma və Memarlıq İli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin müxtəlif tədbirlər vasitəsilə qeyd edilməsi Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin vəfatının 100 illiyinin UNESCO-nun 2026–2027-ci illər üçün yubileylər proqramında icrası. Xaqana Şirvaninin 900 illik yubileyi ilə bağlı olaraq tədbirlər
Yanvar 14 yanvarda "Azərbaycan Mədəniyyəti – 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq edilmişdir. 18 yanvarda Almaniyanın Ştutqart şəhərində Azərbaycan Evinin və evin nəzdində fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəbinin açılışı olmuşdur. 28 yanvarda Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qəbul edilmişdir. 28 yanvarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İsrailin Yerusəlim şəhərində keçirilən Avropa Ravvinləri Konfransının 70-ci Yubiley tədbirində iştirak etmişdir. Rüstəm Behrudinin "Sənin gözlədiyin qərib türk mənəm" kitabı işıq üzü görmüşdür.
Fevral 10 fevralda Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi və "Şuşa Şəhər Dövlət Qoruğu" ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilmişdir. 12 fevralda Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilmişdir. 12 fevralda Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçası tamamlanmışdır. Xalça ümumdünya xalçaçılıq tarixində nadir nümunədir, diametri 22,17 metrdir. 16 fevralda Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. 21 fevralda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycanın Talış icması ilə birgə Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirmişdir. Tədbir iştirakçılarına talış dilində çap olunmuş, Azərbaycan yazıçısı Qurban Səidin "Əli və Nino" əsəri və "XX-XXI əsr Talış poeziya antologiyası" kitabı hədiyyə edilmişdir. 23 fevralda Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qəbul edilmişdir. 24 fevralda Pakistandan Azərbaycana gəlmiş, əslən Qarabağın Cavanşirlər nəslindən olan Əşrəf Şad və xanımı Fatimə Şad Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etmiş, Cavanşirlər sülaləsi və Qarabağ xanlığı ilə əlaqədar eksponatlarla tanış olmuşdur. 24 fevralda Ağdam şəhərində işğalın bitməsindən və azərbaycanlıların şəhərə qayıtmasından sonra ilk bayram tonqalı yandırılmışdır, Ağdam sakinləri Su çərşənbəsini qeyd etmişdir. 25 fevralda Azərbaycanın keramika məmulatları üzrə ixrac gəlirlərinin 5 dəfədən çox artdığı elan edilmişdir. 300px|thumb|right|Xocalı qurbanlarının təsviri. Xocalı Soyqırımı Memorialı 26 fevralda Xocalı soyqırımının anım mərasimləri Xocalı şəhərində Xocalı soyqırımına həsr edilmiş memorialın açılışı olmuşdur. Haaqanın əsas dini-mədəni mərkəzi olan "Grote Kerk" baş kilsəsində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə "Əbədi əks-sədaların elegiyası" adlı anım tədbiri keçirilmişdir. 26 fevralda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən XVII Beynəlxalq Multikulturalizm Məktəbinə start verilmişdir. Məktəbdə 20 ölkədən 25-dən çox tələbə iştirak edir. Tələbələr Quba və Qusar rayonlarına səfər edərək Azərbaycanın çoxmillətli mühitləri ilə tanış olacaq, öz ölkələrinin mədəniyyətlərini isə "Öz xalqını təqdim et" musiqili axşamlarında nümayiş edəcəklər. Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi 27 fevralda Türk Dövlətləri Təşkilatı (TDT) may ayında türk liderlərinin qeyri-rəsmi zirvə toplantısının keçiriləcəyini təsdiqləmişdir. Təşkilatçılar bildiriblər ki, bundan əlavə, sammitdə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə tədbir keçiriləcək. 27 fevralda Birinci Türkoloji Qurultayın 1926-cı ildə "Azdövlətkino" tərəfindən çəkilən görüntülərinin yenidən bərpa edildiyi elan edilmişdir.
Mart 300px|thumb|Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1 martda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Şəki Dövlət Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2 martda: Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyi Ümumdünya Tatar Mətbəxi Gününü mədəni-maarif tədbiri ilə qeyd etmişdir. Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu Çinin ənənəvi yaz bayramları olan "Əjdaha başını qaldırır" festivalı və Fənər bayramını qeyd etmişdir. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edərək, burada iftar mərasimləri təşkil etməyə başlamışdır. Mərasimlər İstanbul, Qars və İğdır üçün planlanmışdır. 3 martda "Nəsimi" operasının ilk dəfə süni zəka ilə hazırlanmış səhnə tərtibatı təqdim edilmişdir. Kəlbəcərlilər Od çərşənbəsini işğal bitdikdən sonra, ilk dəfə öz doğma yurdlarında keçiriblər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi "Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq" adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbi başa çatmışdır. 4 martda 300px|thumb|Qazax Cümə Məscidi Azərbaycanın "IRS-Heritage" jurnalının italyan dilində yeni nömrəsi çapdan çıxmışdır. Jurnalda "Azərbaycan və Müqəddəs Taxt-Tac: sülhün memarlığı kimi irs diplomatiyası" adlı məqalə çap edilmiş, Qarabağ şəhərləri və Gəncədə yenidənqurma işləri, Gəncəsər monastır kompleksinin Qafqaz Albaniyasına məxsusluğu haqqında məlumat verilmişdir. Azərbaycan-Qırğızıstan istehsalı "Qırmızı ayaqqabılar" bədii filmi Finlandiyanın Tampere Film Festivalının əsas yarışma proqramına daxil edilmişdir. Binə Atçılıq Mərkəzində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" ("Dirçəliş") milli atüstü oyunlar qrupu çıxış etmişdir. Azərbaycanın turizm potensialı və İpək Yolu irsi Almaniyanın "ITB Berlin 2026" sərgisində nümayiş edilmişdir. Azərbaycanın 2026-cı il üçün "İdman paytaxtı" Qazax şəhərinə mediatur təşkil edilmişdir. Tur çərçivəsində Səməd Vurğunun Poeziya Evi, Molla Pənah Vaqifin abidəsi, ADA Universitetinin Qazax Mərkəzi, Qazax Cümə Məscidi, Fəxri Qazaxlılar Parkı (Mütəfəkkirlər parkı), Qazax Ədəbiyyat Muzeyi və Qazax Tarix-Diyarşünaslıq Muzeyi ziyarət edilmişdir. "Nadir şah: Sənədlərin dili ilə tarixi portret" adlı kitab işıq üzü görmüşdür. Əsər Muğan qurultayının 290 illiyinə həsr edilmişdir və XVIII əsr Avropa və rus mənbələri əsasında Nadir şahı araşdırır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və "Samur" Ləzgi Mədəniyyət Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qusar rayon Heydər Əliyev Mərkəzində ləzgi dilində çap edilmiş Qurban Səidin "Əli və Nino" əsəri və ləzgi şairi Eyvaz Güləliyevin "Seçilmiş Əsərlər II Hissə" kitabının təqdimatı keçirilmişdir. 5 martda Azərbaycan Milli Xalça Muzeyində "Qərbi azərbaycanlıların milli geyim irsi" albom-kitabı təqdim edilmişdir. 6 martda Azərbaycanı 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək iştirakçı — JIVA (Cəmilə Həşimova) ləqəbli müğənni seçilmişdir. Azərbaycan Atçılıq Federasiyası ilə "Türkmən atları" Dövlət Birliyi (Türkmənistan) arasında atçılıq idmanı və bu idmanın sənayesi sahəsində əməkdaşlığa aid memorandum imzalanmışdır. Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən kəlağayı sənəti ustad dərsləri keçirilmişdir. Tədbirdə yerli media nümayəndələri, diplomatik nümayəndəlik rəhbərlərinin xanımları və digər qonaqlar iştirak etmişdir. Qonaqlar öz kəlağayılarını düzəltmişdir. 7 martda Azərbaycan nümayəndələri Vaşinqtonda Konqres kitabxanasında "Multikulturalizm və sülh quruculuğu" mövzusunda dəyirmi masada iştirak etmiş və Azərbaycanın multikulturalizmi haqqında məlumat vermişdir. 9 martda JIVA-nın (Cəmilə Həşimova) Azərbaycan təmsilçisi olaraq 2026 Avroviziya Mahnı Müsabiqəsində oxuyacağı mahnı təqdim edilmişdir. Mahnının adı: "Just Go". 200px|thumb|right|Alekseyevka kəndinin məktəb lövhəsi. Kəndin adı 11 mart 2026-cı ildə dəyişdirilərək Çinarlı edilmişdir. 10 martda Azərbaycanın və Mərakeşin Müqəddəs Taxt-Tacdakı səfirliklərinin, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə, Romada iftar süfrəsi təşkil olunmuşdur. Üç dinin nümayəndələri bu iftarda iştirak etmiş, iftar 2026-cı ildə eyni tarixə təsadüf edən İslamın Ramazan ayı, xristianlığın Müjdə bayramı və yəhudilərin Purim bayramına düşmüşdür. Kiş kilsəsində azərbaycanlılar Yel çərşənbəsini qeyd etmiş, tədbir M. F. Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən "Narınqala" Folklor evinin təşkilatçılığı ilə baş tutmuşdur. 11 martda Quba rayonunda yerləşən 3 slavyan mənşəli ada malik kəndin adı Elbir, Çinarlı və Bəhrəli olaraq dəyişdirilmişdir. Müvafiq olaraq, Vladimirovka Elbir, Alekseyevka Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılmışdır. Azərbaycan 2026 Avroviziya Mahnı Müsabiqəsində: İTV Azərbaycanın Avroviziya 2026 təmsilçisi və mahnısı haqqında iddialara cavab vermişdir. İTV təmsilçinin müəyyənləşdirilməsi prosesinin çoxmərhələli və peşəkar seçim əsasında keçdiyini, mahnının süni intelekt məhsulu olmadığını bildirmişdir. Şəki mədəniyyəti: Şəki teatrında hazırlanmış "Dar ağacı" tamaşası "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. Mükafat Hacı İsmayılov tərəfindən tamaşanın rejissoru Mirbala Səlimliyə təqdim edilmişdir. 1898–2025-ci illər dövrü Azərbaycan kinosunu əhatə edən "Azərbaycan Kinosu. Yığcam ensiklopediya" ictimaiyyətə təqdim edilmişdir. 13 martda Elan edilmişdir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın "Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması" layihəsi həyata keçiriləcək. Horovluda Novruz şənliyi keçiriləcəyi elan edilmişdir. Novruz personajları ilə əyləncəli proqramlar, Səməni festivalı, səməni halvasının hazırlanması üzrə master-klas və digər tədbirlərin keçirilməsi planlaşdırılır. İSESKO işğaldan azad edilmiş Azərbaycan ərazilərindəki 81 mədəni irs abidəsinin qiymətləndirilməsini başa çatdırmışdır. 17 martda "Azərxalça" ASC ilə "Qarabağ" futbol klubu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Memoranduma görə, Azərxalça tərəfindən "Qarabağ" klubunun brendini təbliğ edən xalçalar toxunacaq. Bundan başqa, "Qarabağ" futbol klubu atributları, Qarabağ atları və ornamentlərini əks etdirən xalçaların toxunması nəzərdə tutulur. Xocavənddə 34 ildən sonra bayram tonqalı yandırılmışdır.