Andrey Vladimiroviç Romanov (; ) — Rusiya çarı II Aleksandrın nəvəsi, böyük knyaz.
1879-cu ildə Çarskoye seloda dünyaya gəldi. Atası böyük knyaz Vladimir rus çarı II Aleksandrın oğlu, anası Mariya Pavlovna isə Böyük Meklenburq-Şverin hersoqu II Fridrix Fransiskin qızıdır. Saray mürəbbiyələri tərəfindən təlim-tərbiyə edildi. Rus, ingilis, alman və fransız dillərini öyrəndi. Ardından hərbi sahəyə yönəldi. 1900-cü ildə çar II Nikolayın keçmiş məşuqəsi, məşhur balerina Matilda Kseninskaya ilə münasibətə başladı. 1905-ci ildə Aleksandrovskaya Hərbi Hüquq Akademiyasından məzun oldu. Müxtəlif hərbi vəzifələrdə xidmət etdi və 1911-ci ildə senator seçildi. 1915-ci ildə general-mayor rütbəsinə yüksəldi və Birinci Dünya müharibəsində aktiv rol almasa da, iştirak etdi.
Fevral inqilabının ardından Sankt-Peterburqu tərk etdi. Məşuqəsi və anasıyla birlikdə şimali Qafqaza qaçdı. 3 il burada gizləndilər və böyük qardaşı Kiril Vladimiroviçin taxta çıxarılmasına ümid etdilər. Nəhayət, 1920-ci ildə ailəsiylə birlikdə Anapaya, daha sonra Fransaya köçdü. 1921-ci ildə məşuqəsi Matilda Kseninskaya ilə nigahlandı və daha öncə doğulan oğlu Vladimiri rəsmi olaraq tanıdı. 1929-cu ilədək cənubi Fransada yaşadılar və ardından Parisə köçdülər.
İkinci Dünya müharibəsi illərində yaşayış vəziyyəti pisləşdi və imperiya dövründə doğulan ən yaşlı knyaz kimi 1956-cı ildə Parisdə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Chavchavadze, David. The Grand Dukes. Atlantic, 1989, Hall, Coryne. Imperial Dancer. Sutton publishing, 2005, Katin-Yartsev, M and Shumkov. A. Costume Ball at the Winter Palace. Russky Antiquariat, 2003, Perry, John and Pleshakov, Constantine, The Flight of the Romanovs. Basic Books, 1999, . Zeepvat, Charlotte. The Camera and the Tsars. Sutton Publishing, 2004, . Zeepvat, Charlotte, Romanov Autumn. Sutton Publishing, 2000,
İstinadlar Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Gündəlik müəllifləri