Vera Konstantinovna Romanova (; ) — Rusiya çarı I Nikolayın nəvəsi, böyük knyaginya.

1854-cü ildə Sankt-Peterburqdakı Mərmər sarayında dünyaya gəldi. Atası böyük knyaz Konstantin çar I Nikolayın oğlu, anası Knyaginya Aleksandra isə Saksen-Altenburq hersoqu Jozefin qızıdır. Uşaqlıq illəri xəstəlik və sinir ataklarıyla keçdi. 1863-cü ildə Vürtemberq kralı I Karlla evli olan bibisi Kraliça Olqanın yanına göndərildi. Burada müalicə olundu və səhhəti nisbətən düzəldi. 1871-ci ildə bibisi tərəfindən rəsmi olaraq övladlığa götürüldü və 1874-cü ildə alman şahzadəsi Şahzadə Yevgenlə evləndirildi. Cütlüyün bu nigahdan yetkinlik yaşına çatan əkiz qızları doğuldu.

Elza (1876-1936) Olqa (1876-1932)

Ancaq 3 il davam edən evliliyi ərinin ani ölümüylə sonlandı. 1891-ci ildə atalığı I Karlın vəfatıyla yüklü miqdarda xəzinə miras aldı. 1909-cu ildə pravoslav məzhəbindən çıxaraq lüteran məzhəbini qəbul etdi. İki il sonra isə iflic oldu və Ştutqartda vəfat etdi.

Mənbə

Ədəbiyyat

Grand Duchess George of Russia. A Romanov Diary. Atlantic International Publications, 1988. Jena, Detlef. Koenigin Olga von Wuerttemberg: Glueck und Leid ("Queen Olga of Wuerttemberg: Happiness and Pain"). Pustet, 2009. Thomsen, Sabine. Die Württembergischen Koeniginnen. Tübigen, Silberburg Verlag GmbH, 2006. . Princess Victoria of Hesse and by Rhine (2020) . My Recollections. ISBN 9781944207137

İstinadlar