Ket Denninqs (doğum adı: Ketrin Viktoriya Litvak; ) — ABŞ aktrisası. O, CBS-in "2 cibiboş qız" () (2011-2017) komediya serialında Maks Blek roluna və "Tor" (2011) filmi ilə başlayan Marvel Kinematoqrafiya Kainatının superqəhrəman filmlərindəki Darsi Lüis obrazına görə geniş tamaşaçı kütləsinə tanışdır.
2000-ci ildə aktrisa kimi ilk addımını atan K. Denninqs bugünə qədər onlarca layihədə iştirak edib. "Qırx yaşlı təmiz oğlan" () (2005), "Böyük ananın evi 2" () (2006), "Çarli Bartlett" (2007), "Evdəki dovşancıq" () (2008), "Nik və Noranın sonsuz pleylisti" (2008), "Qısa əhvalatlar" () (2009), "Himayədar" () (2009) və "Şəhərətrafının qaranlıq üzü" () (2014) filmləri onun filmoqrafiyasında əsas işlər hesab olunur.
Erkən illəri Ketrin Viktoriya Litvak 1986-cı il iyunun 13-də Pensilvaniya ştatının Brin-Maur şəhərində anadan olub. Anası Ellen Cudit Litvak şair və nitq terapevti, atası Cerald C. Litvak isə molekulyar farmakoloq, universitet professoru və kafedra rəhbəri olub. K. Denninqs ailənin beşinci, yəni ən kiçik övladıdır. Ailə yəhudi mənşəlidir. O, Pensilvaniya ştatının Vinvud şəhərində yerləşən Penn-Kottec adlı tarixi bir evdə böyüyüb. 1694-cü ildə inşa edilmiş bu ev haqqında aktrisa özü deyib ki, orada bir növ "qeyri-adi" (paranormal) şeylər baş verirdi.
Aktrisa kimi ilk addımlarını 9 yaşında reklam meydançalarında atıb. Ailəsinin maddi vəziyyəti peşəkar dərslər üçün heç vaxt kifayət etməyib. İlk qazancını kartof çipsi üçün çəkilmiş reklamdan əldə edib. Hərçənd ki, məhsulun tərkibindəki zərərli maddə səbəbindən reklam çarxı heç vaxt yayımlanmayıb. Karyerasının əvvəllərində SAG kartını qazanmaq üçün çəkilişlərdə kiçik epizodik rollara razılaşır.
Məktəbə demək olar ki, ayaq basmayıb: təhsilini evdə alıb. "Friends' Central School"da cəmi yarım gün oxuması onun ənənəvi məktəblə yeganə təması sayılır. 14 yaşında attestatını alır və aktrisa karyerasını ciddi şəkildə davam etdirmək məqsədilə ailəsini də götürür Los-Ancelesa köçür.
2008-ci ildə "Philadelphia" jurnalına müsahibəsində "Denninqs" soyadını niyə seçdiyini açıqlayıb. Onun sözlərinə görə, öz əsl soyadı ona "arzuolunmaz" görünürmüş. Bundan savayı bu soyad vasitəsilə kimin onu gerçəkdən tanıdığını, kimin tanımadığını da sezmək istəyirdi. Soyadın kökü isə anasının yaxın dostu Lloyd Aleksanderin həyat yoldaşı Cenin Denninin soyadına gedib çıxır.
Şəxsi həyatı K. Denninqs 2008-ci ildə açıqlayıb ki, yəhudilik onun üçün "mənşəyinin vacib bir parçasıdır, lakin din bütövlükdə həyatında yer tutmur." O özünü dini kimlikdən daha çox etnik və mədəni baxımdan bu köklərə bağlı hesab edir.
2001-2010-cu illər arasında K. Denninqsin şəxsi bloqu fəaliyyət göstərib, o həmçinin "YouTube"da videobloq formatını da sınamışdı.
2021-ci ilə olan məlumatlara görə K. Denninqs Milli adlı pişiyi ilə birlikdə Los-Ancelesdə məskunlaşıb. Aktrisa heyvanların müdafiəsinə həssaslıqla yanaşır.
Siqaret və spirtli içkilərdən tamamilə uzaq durur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr aktrisaları