Şahzadə Riçard (; ) — Böyük Britaniya kralı V Corcun nəvəsi, Britaniya monarx ailəsinin üzvü.
26 avqust 1944-ci ildə ailəsinin Northemptondakı villasında dünyaya gəldi. Atası Şahzadə Henri Britaniya kralı V Corcun oğlu, anası isə onun xanımı Leydi Alis Montakyudur. 20 oktyabrda Vindzor sarayında vəftiz edildi. Uşaqlığının ilk illəri atasının vəzifə yeri olan Avstraliyada keçdi. İngiltərəyə qayıtmasının ardından Eton kollecində təhsilini davam etdirdi. Ali təhsilini isə Kembricdə aldı.
8 iyul 1972-ci ildə danimarkalı Brijit Eva van Henriksen ilə evləndi. Kensinqton sarayında yaşayan cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Aleksandr Vindzor (24 oktyabr 1974) Davina Vindzor (19 noyabr 1977) Roza Qilman (1 mart 1980)
Evləndiyi 1972-ci ildə onun memarlıq karyerası sonlandı. Belə ki, böyük qardaşı və atasının ünvanlarının varisi olan Şahzadə Vilyam avia-qəzada həlak oldu və Riçard atasının yeganə oğlu olaraq bütün ünvan və titulları öz üzərinə aldı. 1974-cü ildə atasının vəfatının ardından Qloster hersoqu ünvanı aldı. II Elizabetin ardından taxta çıxan III Çarlzın rəsmi təmsilçisi kimi bir çox dövlət tədbirinə qatıldı.
Mənbə
Ədəbiyyat
Mussell, John W. (2004). Mackay, James (ed.). The Medal Yearbook 2004. Devon, UK: Token Publishing Ltd. p. 236. ISBN 9781870192620 Olvera Ayes, David A (2011). La Orden Mexicana del Águila Azteca: apuntes para su historia. Mexico: Cuadernos del cronista. p. 719. ISBN 978-6070047213
İstinadlar
Kateqoriya:Birləşmiş Krallıq şahzadələri