2026-cı il İran müharibəsi — 28 fevral 2026-cı ildə İsrail və Amerika Birləşmiş Ştatları İranda müxtəlif hədəflərə qarşı birgə hücum həyata keçirməyə başladı. Əməliyyatlar Tehran, İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərinə endirilən bir sıra zərbələrlə başladı.

Yaxın Şərq böhranı 2023-cü ildə başladıqdan sonra, 2025-də 12 günlük müharibə baş verdi və İranla, İsrail bir-birinə raket hücumları ettikdən sonra Amerika İranın nüvə stansiyalarına hücum etdi. 2025-in sonunda başlayan İran etirazları isə 2026-cı ildəki müharibənin əsas səbəblərindən sayılır. Amerikanın bu müharibədəki əsas məqsədi İrandaki rejim dəyişikliyinə nail olmaq idi.

Amerikan hökuməti müharibə üçün birdən çox səbəb vermişdir. Bu səbəblərdən bəziləri İranın dron və raket qabiliyyətini zəiflətmək, İranı nüvə silahları qurmaqdan dayandırmaq, İranın neftini talan etmək olmuşdur.

ABŞ prezidenti Donald Tramp İsraillə birlikdə İranı vurduqlarını açıqladı. O, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üzvlərini silahları yerə qoymağa və bunun müqabilində toxunulmazlıq əldə etməyə çağırdı, əks halda imtinanın "qaçılmaz ölüm" demək olacağını bildirdi.

Amerikan-İsrail hücumları hökümət binalarına, məktəblərə və xəstəxanalara ziyan yetirdi və dinc əhalinin qətlinə yol açdı. Minab məktəbinə hava hücumunda çoxu uşaq olmaqla 168 nəfər öldürüldü. İranın bunlara əks-əməliyyatı isə "Düzgün Vəd IV" (وعده صادق‎ - Va’de-ye Sâdeq) adlanır. İran cavab olaraq İsrailə və Amerikanın hərbi bazalarının yerləşdiyi digər ölkələrə — Qətər, Bəhreyn, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri və daha sonra müharibənin davamında Azərbaycan, Oman, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı daxil olmaqla 10-dan çox ölkəyə dron və raket hücumları etdi. İlk hücumlar İsrail, Qətər və İordaniyaya qarşı oldu.

Zərbələrdə ABŞ raketləri, dronlar və İsrail qırıcı təyyarələrindən istifadə edilib. ABŞ hərbi gəmiləri Tomahavk raketləri, ABŞ quru qoşunu isə HIMARS raketlərini atdı. İlk hücumlar əsas vəzifəli şəxsləri, hərbi komandirləri və obyektləri hədəf aldı. Bunlara Ali Rəhbər Ayətullah Əli Xameneinin iqamətgahı da daxil idi. Peyk görüntüləri həmin kompleksin ciddi şəkildə zədələndiyini və ya dağıdıldığını göstərirdi. Xamenei həmin hücum zamanı öldürüldü. Həmçinin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin də öldürüldüyü bildirildi.

Cavab olaraq İran Fars körfəzi bölgəsindən və digər ərazilərindən onlarla ballistik raket buraxaraq İsraili və ABŞ-nin İordaniya, Küveyt, Bəhreyn, Qətər, İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki hərbi bazalarını hədəfə aldı. Bundan əlavə, Yəməndə fəaliyyət göstərən husilər Qırmızı dənizdə hücumlarını bərpa edəcəklərini elan etdilər.

Tramp əməliyyatın məqsədinin İranın raket və hərbi imkanlarını məhv etmək, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və nəhayət, rejimi devirmək olduğunu bildirdi. Zərbələr regional sabitliyi pozduğu üçün Birləşmiş Millətlər Təşkilatı və bir sıra münaqişəyə qoşulmayan ölkələr tərəfindən qınandı, digər tərəfdən isə İranın bölgədəki digər ölkələrə qarşı cavab zərbələri də tənqid edildi. Tənqidçilər hücumların həm daxili, həm də beynəlxalq hüquqa zidd olduğunu da bildirdilər.

Adlandırma Əməliyyatlara İsrail tərəfindən "Nərildəyən şir" (Roaring Lion), ABŞ Müdafiə Nazirliyi tərəfindən isə "Epik qəzəb əməliyyatı" ("Dəstani Qəzəb əməliyyatı" və ya "Möhtəşəm qəzəb əməliyyatı" (Operation Epic Fury) adları verilmişdir.

Zəmin ABŞ-nin 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxması İrana qarşı sanksiyaların yenidən tətbiq olunmasına, ABŞ və onun müttəfiqləri ilə İran arasındakı münasibətlərdə diplomatiya əvəzinə güc tətbiqinə üstünlük verilməsinə səbəb oldu. Tramp administrasiyası "maksimum təzyiq" strategiyasını qəbul etdi.

ABŞ sanksiyalarının yenidən tətbiqi İran iqtisadiyyatına ciddi zərbə vurdu. İran rialı 20% dəyər itirdi — 2021-ci ildə dollar qarşısında məzənnə 35.000-dən 42.000-ə yüksəldi. İranla ticarət edən beynəlxalq banklar böyük məbləğdə cərimələr ödədilər. ABŞ-nin mümkün cəzalarından ehtiyat edən bütün iri Avropa şirkətləri İranla işgüzar əlaqələrini dayandırdı. Sanksiyalar milyonlarla iranlını yoxsulluğa sürüklədi, ərzaq və dərman kimi idxal olunan zəruri mallara münasibətdə alıcılıq qabiliyyətini azaltdı, eyni zamanda inflyasiya, işsizlik və infrastrukturun pisləşməsini sürətləndirdi.left|thumb|3-cü Aviadaşıyıcı Zərbə Qrupu 6 fevral 2026-cı ildə ABŞ-nin Yaxın Şərqdə hərbi gücləndirilməsi zamanı Ərəbistan dənizində düzülüş şəklində hərəkət edir.7 oktyabr hücumlarından və 2023-cü ildə Qəzza müharibəsinin başlanmasından sonra İran ilə ABŞ və İsrail arasında gərginlik artdı. Bu müharibə zamanı İsrail Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qrupları — o cümlədən Qəzzada HƏMAS-ı, Livanda Hizbullahı və digərlərini zəiflətdi. İsrail ilə İran 2024-cü ilin aprel və oktyabr aylarında qarşılıqlı zərbələr endirdi, 2025-ci ildə isə qısa müddətli müharibəyə cəlb olundular. Həmin müharibə çərçivəsində ABŞ İranın Nətənzdəki nüvə obyektlərini məhv etməyə yönəlmiş hava zərbəsi həyata keçirdi.

2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda əsasən iqtisadi böhran, rialın çökməsi və qiymət artımı səbəbindən genişmiqyaslı ümummilli hökumət əleyhinə etirazlar başladı. Rejim dəyişikliyi çağırışlarını da əhatə edən bu aksiyalar 1979-cu il inqilabından bəri ən genişmiqyaslı etirazlara çevrildi və ölkənin 100-dən çox şəhərinə yayıldı.

İran hökuməti etirazlara zorakı repressiyalarla, o cümlədən nümayişçilərin qətli ilə cavab verdi; ən qanlı hadisələr 8 və 10 yanvar 2026-cı ildə baş verdi. ABŞ-də yerləşən Human Rights Activists News Agency ölənlərin sayını 7.000 olaraq qiymətləndirdi, İran hökuməti 3.117 nəfərin öldüyünü bildirdi, Donald Tramp və digərləri isə ölənlərin sayının 32.000 olduğunu iddia etdilər. AP News-un məlumatına görə, hökumətin həddindən artıq zor tətbiqi İran cəmiyyətində ümidsizlik yaratmış və bəzi vətəndaşlarda ABŞ hücumuna ümid oyatmışdı. Bir sıra tədqiqatçılar İran hökumətinin hazırda süquta gətirib çıxara biləcək həssas vəziyyətlə üzləşdiyini irəli sürdülər.

13 yanvar 2026-cı ildə ABŞ prezidenti Donald Tramp İranın hökumət əleyhinə etirazçılarına dəstəyini ifadə etdi. 23 yanvarda isə o, USS Abraham Lincoln və USS Gerald R. Ford aviadaşıyıcıları, eləcə də bir neçə idarəolunan raket esminesi daxil olmaqla ABŞ "armadasının" Yaxın Şərqə doğru yola düşdüyünü elan etdi.

ABŞ və Avropa rəsmiləri Vaşinqtonun İrana üç əsas tələb təqdim etdiyini bildirdilər: uranın zənginləşdirilməsinin daimi dayandırılması, İranın ballistik raket proqramına ciddi məhdudiyyətlər qoyulması və HƏMAS, Hizbullah və husilər kimi regional proksi qruplara dəstəyin tamamilə dayandırılması. Eyni zamanda, təklif olunan hücumlar silsiləsinin planlaşdırılması İsrail kəşfiyyat qurumları ilə koordinasiyada başladı. left|thumb|Fars körfəzi cəbhəsi, miqyas: 500 km 6 fevral 2026-cı ildə İran və ABŞ Omanın paytaxtı Maskatda dolayı nüvə danışıqları apardılar. İran tərəfi irəliləyişin paytaxtlarda aparılacaq məsləhətləşmələrdən asılı olduğunu vurğuladı. Nüvə danışıqlarının ikinci mərhələsinin Cenevrədə keçirilməsi planlaşdırıldı.

15–20 fevral tarixləri arasında İran neft ixracını adi səviyyədən üç dəfə artırdı və neft ehtiyatlarını azaltdı. Zərbələr başlamazdan bir gün əvvəl — 27 fevral 2026-cı ildə — Oman Xarici İşlər Naziri Bədr Əl-Busaidi "irəliləyiş" əldə edildiyini bildirdi və İranın zənginləşdirilmiş uranı ehtiyatda saxlamamağa, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) tam yoxlamasına razılaşdığını açıqladı. Bundan əlavə, İran mövcud zənginləşdirilmiş uranı "mümkün olan ən aşağı səviyyəyə" geri qaytarmağa razı olmuşdu. Əl-Busaidi sülhün "əlçatan məsafədə" olduğunu bildirdi.

2026-cı ilin fevral ayının əvvəlində ABŞ İrana təzyiqi artırmaq üçün ikinci aviadaşıyıcı — USS Gerald R. Ford-u Yaxın Şərqə göndərdi. 11 fevral 2026-cı ildə 1979-cu il inqilabının 47-ci ildönümü hökumətyönlü mitinqlər və güclü antiamerikan ritorika ilə qeyd olundu.

13 fevralda Tramp İranda rejim dəyişikliyinin "baş verə biləcək ən yaxşı hadisə" olacağını bildirdi. 14 fevralda isə ABŞ rəsmiləri Reuters-ə ordunun İranın dövlət və təhlükəsizlik infrastrukturunu hədəf ala biləcək, həftələrlə davam edən genişmiqyaslı əməliyyata hazırlaşdığını açıqladılar.

24 fevral 2026-cı ildə "Ölkənin vəziyyəti" çıxışı zamanı Tramp İranı nüvə silahı yaratmaq səylərini yenidən bərpa etməkdə ittiham etdi, bu niyyətləri "şər xarakterli" adlandırdı və İranın ABŞ, Avropa və xaricdəki ABŞ bazalarını təhdid edə biləcək getdikcə daha inkişaf etmiş raket imkanları yaratdığını iddia etdi. O, lazım gələrsə ABŞ-nin hərəkətə keçməyə hazır olduğunu xəbərdar etdi.

ABŞ Konqresində məxfi kəşfiyyat məlumatları ilə bağlı məlumatlandırılan "Səkkizlər Qrupu" (Gang of Eight) hücum başlamazdan əvvəl brifinq almışdı.

Fevralın sonuna doğru Tramp administrasiyası rəsmiləri İranın nüvə proqramını yenidən başlatdığı, bir neçə gün ərzində bomba hazırlamaq üçün kifayət qədər materiala malik olduğu və tezliklə ABŞ-ni vura biləcək uzaqmənzilli raketlər hazırladığı barədə çoxsaylı sübut olunmamış iddialar səsləndirdi.

Bu bəyanatlar ABŞ və Avropa hökumət rəsmiləri, beynəlxalq silah nəzarəti təşkilatları və ABŞ kəşfiyyat qurumları tərəfindən mübahisələndirildi. Müdafiə Kəşfiyyat Agentliyi əvvəllər İranın ABŞ-yə çata biləcək raketlər istehsal etmək üçün lazımi texniki bacarığı əldə etməsinin ən azı on il çəkəcəyini bildirmişdi. ABŞ Müdafiə Nazirliyi isə 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilmiş əvvəlki zərbələrdən sonra İranın nüvə proqramının iki il geriyə atıldığını qiymətləndirmişdi.

Bununla belə, 27 fevral tarixində MAQATE-nin əvvəlki döyüşlər zamanı zərər görməmiş yeraltı obyektlərdən birində İranın yüksək səviyyədə zənginləşdirilmiş uranı gizlətdiyini aşkar etdiyi barədə məlumat yayıldı.

İranda hökumət əleyhinə etirazlar və ABŞ-nin ilkin yerləşdirmələri

2025-ci ilin dekabr ayının sonlarından etibarən İranda əsasən iqtisadi böhran, rialın dəyərsizləşməsi və qiymət artımları ilə bağlı səbəblərdən irimiqyaslı ümummilli hökumət əleyhinə etirazlar baş qaldırmışdır. Rejim dəyişikliyi çağırışlarını da əhatə edən bu etirazlar miqyasına görə 1979-cu il inqilabından bəri ən genişmiqyaslı hesab olunan hadisələr, ölkənin 100-dən çox şəhərinə yayılmışdır. İran rejimi buna zorakı repressiyalarla, o cümlədən etirazçıların kütləvi şəkildə qətlə yetirilməklə cavab vermiş, ən ölümcül hadisələr isə 2026-cı ilin 8 və 10 yanvar tarixlərində qeydə alınmışdır. ABŞ-də yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (Human Rights Activists News Agency — HRANA) qurbanların sayını 7.000 nəfər olaraq qiymətləndirmiş, İran hökuməti isə ölənlərin sayının 3.117 nəfər olduğunu bildirmişdir; Donald Tramp və digər şəxslər isə bu rəqəmin 32.000 nəfər olduğunu iddia etmişlər. AP News-un məlumatına görə, hökumətin həddindən artıq zor tətbiqi İran cəmiyyətində ümidsizlik yaratmış və bəzi vətəndaşlar arasında ABŞ tərəfindən mümkün hərbi müdaxilə ilə bağlı ümidlərin formalaşmasına səbəb olmuşdur. Bir sıra alimlər İran hökumətinin hazırda onun süqutuna gətirib çıxara biləcək kövrək vəziyyətlə üzləşdiyini irəli sürmüşlər.

2026-cı ilin 13 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp İranda hökumət əleyhinə etirazçılara dəstəyini ifadə etmiş, daha sonra 23 yanvarda ABŞ "armada"sının Yaxın Şərqə doğru hərəkət etdiyini elan etmişdir; bu qüvvələrə USS Abraham Lincoln və USS Gerald R. Ford aviadaşıyıcıları, habelə bir neçə idarəolunan raket destroyeri daxil idi. ABŞ və Avropa rəsmilərinin bildirdiyinə görə, Vaşinqton İrana üç əsas tələb təqdim etmişdir: uranın zənginləşdirilməsinə daimi son qoyulması, İranın ballistik raket proqramına ciddi məhdudiyyətlərin tətbiqi və Həmas, Hizbullah və Husilər kimi regional proksi qruplara dəstəyin tam dayandırılması. Təklif olunan hücumlar silsiləsinin planlaşdırılmasına İsrailin kəşfiyyat orqanları ilə koordinasiya çərçivəsində başlanılmışdır.

Nüvə danışıqları və ABŞ-nin hərbi mövcudluğunu artırması