Vestminster abbatlığı (), rəsmi olaraq Vestministerdə Müqəddəs Pyotr Kollegial kilsəsi () — Londonun Vestminster şəhəri ərazisində, Vestminster sarayının qərbində yerləşən böyük qotik kilsə. Böyük Britaniyanın ən mühüm və tanınmış dini məbədlərindən biri olan Vestminister abbatlığı İngiltərə, daha sonra isə Böyük Britaniya monarxlarının ənənəvi tacqoyma və dəfn yeridir. 1540–1556-cı illər arasında abbatlıq kafedral statusuna malik olmuşdur. 1560-cı ildən kilsə həm abbatlıq, həm də kafedral statusundan məhrum edilərək Anqlikan kilsəsinin "Kral xası" statusu daşımağa başlamışdır. Kilsə binası özü isə abbatlıq formasına malikdir.
İlk dəfə Silkard tərəfindən 1080-ci ildə qeyd edilən tarixi ənənəyə görə, kilsənin əsası indiki ərazidə (o zaman Torni adası adlandırılırdı) VII əsrdə, Mellitin London yepiskopu olduğu dövrdə qoyulmuşdur. Hazırkı kilsənin inşasına 1245-ci ildə kral III Henrinin tapşırığı ilə başlanılmışdır.
1066-cı ildə Harold Qodvinson və I Fateh Uilyamın tacqoymasından sonra İngiltərə və Britaniya monarxlarının tacqoyması daima bu kilsədə keçirilmişdir. 1100-cü ildən bu vaxta kimi kilsədə 16 kral toyu keçirilmişdir. Onlardan ikisi hakimiyyətdə olan monarxların (I Henri və III Riçard) toyu olsa da, 1919-cu ilə kimi 500 il ərzində kilsədə toy olmamışdır.
Tarixi Abbatlıq haqqında ilk məlumatlar bir qədər sonrakı ənənəni əks etdirir və bu məlumatlarda qeyd edilir ki, Oldriç adlı balıqçı Temza çayında balıq tutarkən kilsənin yerləşdiyi yerin yaxınlığında Müqəddəs Pyotru görüb. O zamanlar bu, abbatlığın Temzadan balıq tutan balıqçılardan hədiyyə alması üçün nəzərdə tutulmuşdu. Müasir dövrdə "Fishmonger's Company" hər il abbatlığa balıq bəxşiş edir. Tarixi əsası olan məlumatlara əsasən isə 960 və ya 970-ci illərdə Kral Edqarın göstərişi ilə Dunstan kilsənin yerləşdiyi ərazidə Müqəddəs Benedikt ordeninin əsasını qoymuşdur.
Kral Mömin Eduardın tikinti işləri 300px|thumb|left|Müqəddəs Pyotr abbatlığı Mömin Eduardın dəfni zamanı, Bayo qobeleni üzərində təsvir. Özünü kral dəfn kilsəsi ilə təmin etmək məqsədi güdən İngiltərə kralı Mömin Eduard 1042–1052-ci illər arasında Müqəddəs Pyotr abbatlığının yenidən qurulmasına başladı. Bu kilsə, İngiltərədə Roman memarlığı üslubunda inşa edilmiş ilk kilsə idi. Təxminən 1090-cı illərdə kilsənin inşası hələ tamamlanmasa da, Mömin Eduardın ölümündən bir həftə əvvəl 28 dekabr 1065-ci ildə kilsəyə xeyir-dua verilmiş, 5 yanvar 1066-cı ildə isə Mömin Eduard vəfat etmişdir.Eric Fernie, in Mortimer ed., Edward the Confessor, pp. 139–143 Ölümündən bir həftə sonra kral bu kilsədə dəfn edilmişdir. Doqquz il sonra onun həyat yoldaşı Edit də yanında dəfn edilmişdir.Pauline Stafford, 'Edith, Edward's Wife and Queen', in Mortimer ed., Edward the Confessor, p. 137 Onun varisi II Haroldun tacqoyma mərasimi də ehtimal ki, kilsədə keçirilmişdir, lakin kilsədə sənədləşdirilmiş ilk tacqoyma mərasimi həmin il I Fateh Uilyam tərəfindən keçirilmişdir.
Mömin Eduardın sifarişi ilə inşa edilmiş kilsənin dövrümüzə çatmış yeganə təsviri Bayo qobeleni üzərində saxlanmışdır və birada kilsə Vestminster sarayına bitişik təsvir edilmişdir. Monastır yataqxanasının aşağı hissələrinin bəzi bölmələri, cənub transeptinin genişləndirmələri Normand dövrü Böyük məktəbinin qalıqlarıdır, qapı isə Sakson abbatlığından qalmışdır. Dunstan tərəfindən əsası qoyulmuş on monax sayı bəxşişlərin çoxluğuna görə on səkkizə qədər artırılmışHarvey 1993, p. 2, həmçinin monastır əşyaları və fəaliyyətinə nəzarət edən çoxsaylı qardaşlar da burada yaşamışlar.
Müasir kilsənin tikintisi Müasir kilsənin tikintisinə Kral III HenrininHistory – Westminster Abbey . Yoxlanılıb: 16 fevral 2017 sifarişi ilə 1245-ci ildə başlanmış və kral bu kilsəni özü üçün dəfn məkanı kimi seçmişdir.
Krallara məxsus Vestminster sarayına çox yaxın yaşayan abbot və monaxlar Normand istilasından yüz il sonra, XII əsrdə kral sarayına böyük nüfuz qazanmışdılar. Tez-tez kral xidmətində çalışan abbotlar, zamanlar Lordlar Palatasında da hüquqi yerlərini tuta bilmişdilər.Harvey 1993
X əsrin ortaların Kluniak hərəkatının təsiri ilədini rəhbərliyin təsirindən azad olmuş Müqəddəs Benedikt ordeninin üzvləri cəmiyyətin ictimai həyatında, xüsusilə də yüksək rütbə üzvləri arasında xüsusi hörmət qazanmağa başladılar. Lakin, yüksək sosial mövqe və kral ailəsi ilə əlaqələr abbot və monaxların həyat tərzinə təsir etmədi; Müqəddəs Benedikt ordeninin Vestminster sarayına yaxın üzvləri də digər üzvlər kimi sadə həyat sürməyə davam edirdilər. Abbot iki-üç min arası sakini olan Vestminster şəhərinin mülkədarı olaraq qalırdı: böyük istehlakçı və işverən olan monastır şəhər iqtisadiyyatının yaxşılaşdırılmasında mühüm rol oynamışdır.Harvey 1993, p. 6 ff. Temzanın qərb sahilində abbatlıq çoxlu mağaza və yaşayış yerləri inşa etdirmişdi.
Vestminster abbatlığı Normand krallarının tacqoyma mərasiminin keçirildiyi yer olmuşdur. III Henriyə kimi abbatlıqda heç kim dəfn olunmamışdır, lakin Henri Mömin Eduarda hörmət əlaməti olaraq kilsəni anqlo-fransız qotik üslubunda yenidən inşa etdirmiş və öz məzarının da İngiltərənin ən hündür qotik nefi altında olmasını istəmişdir. Mömin Eduardın məzarı sonradan kilsənin kanonlaşdırılmasında mühüm rol oynamışdır. İnşaat işləri 1245–1517-ci illər arasında davam etdirimiş və II Riçardın hakimiyyəti zamanında memar Henri Yevele tərəfindən tamamlanmışdır. III Henri həm də yüksək altar qarşısında unikal Kozmati trotuarının inşasını maliyyələşdirmişdir (Trotuar təmizləmə və konservasiya işləri zamanı bərpa edilmiş və 21 may 2010-cu ildə yenidən həsrlə açılmışdır).
VII Henri abbatlıq binasına perpendikulyar stildə inşa edilmiş kapella binası əlavə etdirmişdir. 1503-cü ildə inşa edilmiş kapella Müqəddəs Bakirə Məryəmə həsr edilmişdir (lakin, daha çox VII Henri kapellası kimi tanınır). İnşaat zamanı inşa edilmiş daşlar Fransanın Kan şəhərindən (Kan daşı), Portlend adasından (Portlend daşı) və Fransanın Luar vadisi ərazisindən (Tüffe qumdaşı) gətirilmişdir.
XVI–XVII əsrlərin inşaat işləri 1535-ci ildə Tüdor sekulyarizasiyası zamanı illik £2400–2800 gəlirə malik olan (2015-ci il ekvivalenti £1,320,000-£1,540,000 arası) Vestminster abbatlığı bu göstəriciləri ilə yalnız Qlastonberi abbatlığından geri qalırdı.
1540–1550: 10 illik kafedral dövrü 1539-cu ildə VIII Henri kilsələr üzərində birbaşa kral idarəsini ləğv etdi, 1540-cı ildə Vestminster abbatlığı kafedral statusu almış və Vestminster arxiyepiskopluğu yaradılmışdır. Abbatlığa kafedral statusu verən VIII Henri bu yolla onu dağılma və qarətdən xilas etmiş, həmin dövrdə əksər İngiltərə abbatlıqları isə dağıdılmışdır.
1550-ci ildən sonra: çətin vaxtlar 1550-ci ildə Vestminster arxiyepiskopluğu ləğv edildi, lakin abbatlıq 1556-cı ilə kimi London yepiskopluğunun ikinci kafedralı kimi fəaliyyət göstərdi.Duffy, Eamon & Loades, David (eds.) The Church of Mary Tudor. pp. 79–82 . Yoxlanılıb: 20 fevral 2017 Həmin dövrdən "Pavelə ödəniş üçün Pyotru qarət et" ifadəsi anlamını itirməyə başlayır və Müqəddəs Pyotr üçün ödənilən xərclər artıq Müqəddəs Pavel kafedralının xəzinəsinə yönləndirilmədi.
Katolik I Mariyanın hakimiyyəti dövründə Müqəddəs Benedikt ordeni üzvlərinə abbatlıqda restavrasiya işləri aparmağa icazə verilsə də, I Elizabet 1560-cı ildə onlara qadağa qoymuşdur. 1560-cı ildə I Elizabet Vestminster abbatlığını "Kral xası" olaraq bərpa etdi – Anqlikan kilsəsinin yeparxiya arxiyereyinə deyil birbaşa dövlət başçısına tabe olan kilsəsi – və Müqəddə Pyotr Kollegial kilsəsi adlandırıldı (bu, kafedral kilsə olmayıb dekanın başçılıq etdiyi və kanonlarla idarə olunan kilsədir). I Mariyanın dövründə xidmət etmiş son abbot I Elizabet tərəfindən ilk dekan təyin edildi.
1640-cı illərin üsyanları zamanı kilsə puritan ikonaklastlarının hucumuna məruz qalsa da, İngiltərə respublikası dövründə onun dövlət ilə sıx əlaqələri bərpa edilmişdir. 1658-ci ildə Oliver Kromvel abbatlıqda dəfn edilsə də, 1661-ci ildə ekskumasiya edilərək ölümündən sonra Tayberndə asılmışdır. 250px|thumb|right|Kanaletto — Vestminster abbatlığı Bet cəngavərlərinin keçidi zamanı, 1749
Qərb qüllələrinin inşası və sonrakı dövr Abbatlığın qərb fasadında yerləşən iki qüllə 1722–1745-ci illər arasında memar Nikolas Hoksmur tərəfindən Portlend daşından inşa edilmiş və neoqotika memarlıq cərəyanının ən erkən nümunələrindən biri hesab edilir. Abbatlığın divarlarının üzlənməsi və döşəməsinin işlənməsi üçün Purbek mərməri istifadə edilmiş, lakin müxtəlif məzar daşları fərqli mərmərlərdən hazırlanmışdır. XIX əsrdə abbatlıqda Ser Corc Gilbert Skottun rəhbərliyi ilə bərpa və yenidənqurma işləri aparılmşdır.
XX əsrin ortalarında Ser Edvin Laçens tərəfindən qərb frontu üçün narteks (portiko və ya giriş zalı) layihəsi hazırlansa da, tikinti işlərinə başlanılmamışdır. Binanın qüllələrin inşasından əvvəlki görünüşünü əks etdirən görüntülər çox az olsa da, abbatlığın rəsmi saytında qeyd edilir ki, Yevelenin inşasından sonra yalnız aşağı hissələr və nefin örtüyü tamamlanmışdı.
XIX əsrə kimi Vestminster Oksford və Kembricdən sonra İngiltərənin üçüncü ən böyük təhsil mərkəzi olmuşdur. Məhz Burada Kral Yakob Bibliyasının Əhdi-Ətiq hissəsinin üçdə biri və Əhdi-Cədid hissəsinin ikinci yarısı tərcümə edilmişdir. Yeni İngilis Bibliyası da XX əsrdə burada hazırlanmışdır. Blitz əməliyyatı zamanı 15 noyabr 1940-cı ildə Vestminster abbatlığı da qismən zədələnmişdir. 10/11 may 1941-ci ildə Londonun bombalanması zamanı abbatlığın damı dağıdılmışdır.
Bütün bombalar nəzarətçilər tərəfindən söndürülsə də taxta dirəklər və gips elementlər arasına düşən bombalardan biri şimal transeptində yanğına səbəb olmuşdur. Tez bir zamanda yayılmağa başlayan yanğın kilsə avadanlıqlarına da ciddi zədə vurmuşdur. Damdan tökülən alovlu parçalara baxmayaraq mümkün qədər çox tarixi mübül və digər əşyalar xilas edilmişdir. Nəhayət ki, dam tamamilə çökmüş və alov söndürülmüşdür. 200px|thumb|right|Kral Eduardın taxtı 1990-cı illərdə Rusiya rəssamı Sergey Fyodrov tərəfindən işlənmiş iki ikona abbatlıqda asılmışdır. 6 sentyabr 1997-ci ildə Şahzadə Diananın dəfn mərasimi abbatlıqda baş tutmuşdur. 17 sentyabr 2010-cu ildə Roma Papası XVI Benedikt abbatlığa gəlmiş ilk papa olmuşdur.
Tacqoymalar 1066-cı ildə Kral Harold Qodvinson və I Fateh Uilyamın tacqoymalarından sonra, İngiltərə və Britaniya monarxlarının tacqoyma mərasimləri Vestminster abbatlığında baş tutmuşdur. 1216-cı ildə London şəhəri Fransa şahzadəsi Luinin işğalı altında olduğuna görə həmin vaxt III Henrinin tacqoyma mərasimi Vestminster abbatlığında deyil, Qloster kafedralında keçirilmişdir. Roma papası III Honoriy bu tacqoymanı tanımadığına görə 17 may 1220-ci ildə Vestminster abbatlığında III Henri üçün yenidən tacqoyma mərasimi təşkil olunmuşdur. Mərasimin kleriki ənənəvi olaraq Kenterberi arxiyepiskopu olmuşdur.
İngiltərə və Britaniya krallarının tacqoyma zamanı oturduqları Kral Eduardın taxtı (və ya Müqəddəs Eduardın taxtı) hazırda da abbatlıqda saxlanılır və 1308-ci ildən bəri keçirilmiş bütün tacqoyma mərasimlərində istifadə edilir. 1301-ci ildən 1996-cı ilə kimi (1950-ci ildə taxtın Şotland milliyətçiləri tərəfindən oğurlandığı qısa müddət istisna olmaqla) taxt həm də Şotlandiya krallarının tacqoyması zamanı istifadə edilmiş Skun daşını özündə ehtiva etmişdir. Hazırda daş Şotlandiyada, Edinburq qalasında saxlanılır, lakin, gələcək tacqoyma mərasimlərində istifadə üçün daşın Müqəddəs Eduard taxtına qaytarılacağı gözlənilir.
Monarx evlilikləri 200px|thumb|right|1382-ci ildə Kral II Riçard və Bohemiyalı Annanın toyu, Liber Regalis əlyazmasında təsvir 11 noyabr 1100: Kral I Henri və Şotlandiyalı Matildanın toyu 4 yanvar 1243: Kral III Henrinin qardaşı, Kronuoll qrafı Riçard (Sonradan Almaniya kralı) və Provanslı Sançanın toyu. Sança, III Henrinin kraliçası Provanslı Eleanorun bacısı idi. 9 aprel 1269: III Henrinin oğlu, Lester və Lankaster qrafı Qozbel Edmund və Ledi Avelin de Fozun toyu. 30 aprel 1290: Kral I Eduardın qızı Akrlı Coanna və VII Qloster qrafının toyu. 8 iyul 1290: Kral I Eduardın qızı İngiltərəli Marqarita və Brabant qrafının oğlu II Conun toyu.