300px|thumb|right|II Beynəlxalq Xalça Festivalı Beynəlxalq Xalça Festivalı — 2025-ci ildən bəri Bakının İçərişəhər qoruğunda keçirilən festival.
Haqqında 2024-cü ildə Azərbaycanda Milli Xalçaçılıq Festivalı keçirmiş, bunun davamı olaraq 2025-ci ildə Bakıda Beynəlxalq Xalça Festivalı keçirilmişdir. Festivalın təşkilatçıları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Azərxalça" ASC-dir. Festivalın dəstəkçiləri İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dur. Festival İçərişəhərin UNESCO Ümumdünya İrs siyahısına daxil edilməsinin 25 illiyi, Azərbaycanın xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşür. May ayının 5-i isə Azərbaycanda Xalçaçı günüdür. 2025-ci ildə keçirilən Beynəlxalq Xalça Festivalında Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa fəxri qonaq qismində iştirak etmişdir.
2026-cı ildə keçirilən Beynəlxalq Xalça Festivalı "Azərxalça" ASC-nin 10 illik yubiley tarixinə təsadüf edir.
İllərə görə İlHadisələrİştirakçı ölkələrİştirakçılar2–4 may 2025"Xalçaçılıqda ənənələr və yeniliklər" forumu, "Xalça sənətində Heydər Əliyevin əbədi irsi" fotosərgisiÖzbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Rumıniya, Latviya, İran, Yaponiya, Birləşmiş Krallıq Azərbaycanda 14 emalatxanadan 28 toxucu1–3 may 2026 "Xalça sənayesi: Dəyər, dizayn və rəqabət qabiliyyəti" forumu
İstinadlar
Kateqoriya:Azərbaycan festivalları Kateqoriya:Azərbaycan xalçaları