Tələt Ümid Halman (7 iyul 1931 - 5 dekabr 2014), Türk şairi, yazıçı, tərcüməçi, akademik, diplomat və siyasətçi.

Halman türk dilinə Vilyam Folknerin əsərlərini, Vilyam Şekspirin sonetlərini; İngilis dilinə isə Fazil Hüsnü Dağlarca, Orxan Vəli Qanıqın şeirlərini tərcümə etmiş bir ədəbiyyat adamıdır. 1971-ci ildə Türkiyənin Mədəniyyət nazirliyini quran və ilk Mədəniyyət Naziri olmuşdur.

Bilkent Universiteti Türk ədəbiyyatı bölmə rəhbəri, ingilis dili və ədəbiyyatı bölmə rəhbəri və Bilkent Universiteti İnsani elmlər və ədəbiyyat fakültəsi dekanlığında çalışmışdır.

Həyatı 7 iyul 1931-ci ildə Kadıköydə dünyaya gəldi. Atası, Ehtiyat donanması komandanı admiral Mahmud Səid bəy, anası Nəmlizadə Təhsin Paşanın qızı Fatma İclal xanımdır. Ailə, Mahmud Səid bəyin Trabzonun Holamana kəndindən olması ilə bağlı "Halman" soyadını almışdır.

Tələt Halman, Robert Kollecini bitirdikdən sonra (1951), magistratura dərəcəsini 1954-cü ildə Kolumbiya Universitetinin siyasət elmi ixtisası ilə tamamladı. 1954-cü ildə Barbara Teitz ilə evləndi və bu evlilikdən oğlu Hür (Hugh) Tələt Halman dünyaya gəldi. 1998-ci ilə qədər ABŞ-də yaşayan Halman, 1960-cı ilə qədər Kolumbiya Universitetində çalışmış, müxtəlif vaxtlarda Türkiyədə olmuşdur. Hərbi xidmət vəzifəsi səbəbilə Türkiyədə olduğu dövrdə Dövlət Planlama Təşkilatında nəşr və təmsil şöbəsini yaratmaqla vəzifələndirildi. Daha sonra ilk Yüksək Planlama Şurasının raportyoru oldu. Bu mülki vəzifə sayəsində Türkiyədəki siyasi çevrəni yaxından tanıdı, əsgərlikdən sonra ABŞ-yə qayıtdı.

1960-cı ildə Türkiyənin ilk hava zabitlərindən olan Səlim Daşqıranelin qızı Səniha Daşqıranel ilə evləndi. Bu evlilikdən teatr aktrisası olan qızı Dəfnə Halman və bir qəza nəticəsində 17 yaşında həyatını itirən oğlu Səid Səlim Halman dünyaya gəldi.

Akademik həyatına Kolumbiya Universitetində Türk dili və Ədəbiyyatı dərsləri verərək başladı. 1966-cı ildə Prinston Universitetinə keçdi. Bununla yanaşı akademik işlərini Nyu-Yorkdakı WBAI radiosunda türk şeiri ilə əlaqəli proqramlar aparmışEmre’ler, Orhan’lar, Veli’ler… Amerikan Radyosunda “Türk Şiiri” Programı, Milliyet gazetesi, 27.07.1967; 1969-1971-ci illər arasında Milliyet qəzetində köşə yazıları nəşr olunmuşdur.

Türkiyədə dövlət çevrilişi (1971) (12 Mart Memorandumu)nun ardından Türkiyəyə qayıtdı və birinci Nihad Erim kabinetində qurulan Mədəniyyət Nazirliyində ilk Mədəniyyət naziri vəzifəsini qəbul etdi. Beş ay davam edən nazirlik dövründə Qalata Mövləvixanasının səma göstərişləri üçün yenidən açılması qərarına imza atdı. Oktyabr ayında Türkiyəni ziyarət edən İngiltərə Kraliçası II Elizabet özünü, "Sir" ünvanı istifadəsini təmin edən "Britaniya imperiyası" ordeni ilə mükafatlandırdı. Halman, dekabr ayında bəstəkar Itrinin 259-cu ölüm ili səbəbi ilə klassik türk musiqisi konserti üçün Prezidentin Simfonik Orkestrı Konsert zalının təyinat ediləsini təsdiqlədi. Bu qərar, Atatürk islahatlarına zidd olduğu düşüncəsi ilə tənqid olundu. Dövrün məşhur virtuozu Suna Qanın da müzakirələrə qoşulmasından sonra vəzifəsindən istefa etdi. 11 dekabr 1971-ci ildə Birinci Erim Hökumətinin başa çatmasından sonra qurulan II Erim Hökumətində Mədəniyyət Nazirliyi ləğv edilmiş və Halman ABŞ-a dönərək Prinston Universitetində akademik fəaliyyətinə davam etmişdir.

12 sentyabr dərbəsindən sora Türkiyənin xaricdəki mədəniyyət fəaliyyətlərini bərpa etməsi üçün Xarici İşlər Nazirliyi tərəfindən Mədəniyyət səfiri təyin edildi.

Akademik işlərinə 1984-1986-cı illər arasında Pensilvaniya Universitetində, ardından Nyu-York Universitetində davam etdi. İslam və İslam mədəniyyəti ilə Yaxın Şərq mövzularında dərslər verən Halman, 1986-1996-cı illər arasında Nyu-York Universiteti Yaxın Şərq dilləri və ədəbiyyatı bölmə rəhbərliyi etdi.

Mədəniyyət və Xarici işlər Nazirliklərinin istəyi ilə UNESCO ümumi qurumlara qatılan Halman, 1989-cu ildə təşkil edilən 25-ci ümumi qurumda Yunus Əmrənin 750-ci doğum ilinin dünyada Yunus Əmrə ili olaraq qeyd olunması qərarının verilməsində rol oynadı. 1991-1995-ci illər arasında UNESCO İdarə Heytinin üzvü oldu, 1993-cü ildə isə Planlaşdırma Komissiyasına sədrlik etdi.

1998-ci ildə Türkiyəyə qayıdaraq Bilkent Universitetində Türk dili və Ədəbiyyatı bölməsini qurdu. 2005-ci ildə Universitetin İnsan elmləri və Ədəbiyyat fakültəsinin dekanı oldu.

Halmana 1988-ci ildə Boğaziçi Universiteti, 2006-cı ildə Ankara Universiteti, 2010-cu ildə Məhmət Akif Ərsoy Universiteti tərəfindən Fəxri doktor dərəcəsi verilmişdir.

2008-ci ildən 2014-cü il ölümünə qədər İstanbul Mədəniyyət və İncəsənət Vəqfinin idarə heyətinin sədri vəzifəsini icra etmişdir. İstanbul Mədəniyyət və İncəsənət Vəqfi, 2015-ci ildən etibarən Halmanın xatirəsinə Tələt Səid Halman tərcümə mükafatı verməkdədir Talât Sait Halman Çeviri Ödülü resmi web sitesi..

5 dekabr 2014-cü ildə infakt keçirərək dünyasını dəyişdi. Cənazəsi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir.

Əsərləri İngiliscə və Türkcə olaraq nəşr olunmuş, on ikisi şeir kitabı olmaqla 50-ə qədr kitabı, 1500-dən çox qəzet yazısı, 500-ə yaxın elmi məqaləsi, ensiklopediya maddəsi və tənqidi yazıları vardır. Ən önəmli nəşrləri arasında qədim sivilizasiyaların şeirlərindən ibarət antologiya, Vilyam Şekspirin sonetlərinin tərcüməsi, Qədim Misir, Yaxın Şərq və Eskimo şeirləri, seçilmiş məqalələrindən ibarət kitablar, Vilyam Folknerdən türk dilinə tərcümə etdikləri, Amerika şairləri ilə bağlı kitablar, Mövlana Cəlaləddin Rumi və Yunus Əmrə haqqındakı kitablar sayıla bilər.

Halmanın şeir kitabları bunlardır: "Səssiz sual", "Uzaq ağı", "Canevi", "Birlər", "Can qulağı", "İkilər", "Dörd göy dörd ürək", "Tuyuğlar", "Son layla", "Sevginin kölgələri".

Mükafatları Türkiyə Elmlər Akademiyası Xidməti Ödülü, 1999 ABŞ Türk Dərnəkləri Asambleyası: ABŞ-dakı ən uğurlu Türk elm adamı mükafatı Kolumbiya Univrsiteti Torn Vilder tərcüməsi mükafatı Rokfeller Vəqfi Elmi Araşdırma təqaüdü Xarici İşlər Nazirliyi Yüksək Xidmət ödülü Böyük Xaç Cəngavəri medalı ("Sir" qarşılığı), 1971

İstinadlar

Xarici keçidlər

Bilkent Üniversitesi İnsani Bilimler ve Edebiyat Fakültesi Kataloğu

Kateqoriya:Robert Kollecinin məzunları Kateqoriya:Ankarada vəfat edənlər Kateqoriya:Türkiyə professorları Kateqoriya:Bilkent Universitetinin müəllimləri Kateqoriya:Ədirnəqapı Şəhidliyində dəfn olunanlar Kateqoriya:XX əsr Türkiyə tarixçiləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Nyu-York Universitetinin müəllimləri Kateqoriya:Prinston Universitetinin müəllimləri Kateqoriya:Pensilvaniya Universitetinin müəllimləri