thumb|Maddənin struktur formulu Fluosinolon asetonid iltihab əleyhinə dərman və qlükokortikosteroiddir və xaricə istifadə üçün məlhəm kimi tətbiq edilir. Sinaflan, Flucinar, Sinalar, Sinoderm, Flucort və Ezacinon ticarət adları altında satılır.
Forma Xarici istifadə üçün açıq sarıdan sarıya qədər olan məlhəm, 0,025%, 10 q və ya 15 q-lıq alüminium tublarda buraxılır. Hər bir tub, tibbi istifadə üçün təlimatlarla birlikdə karton qutuya yerləşdirilir.
Tərkibi 100 q məlhəmin tərkibində:
Aktiv maddə: fluosinolon asetonid - 0,025 q; Köməkçi maddələr: 1,2 propilen glikol, susuz lanolin, serezin, tibbi vazelin.
Farmakoloji təsir right|thumb|282x282px| SINAFLAN (fluosinolon asetonid) İltihab əleyhinə, allergiya əleyhinə, ekssudativ və qaşınma əleyhinə xüsusiyyətlərə malikdir. Simptomları azaldır və iltihabi dəri reaksiyalarını aradan qaldırır.
Biokimyəvi cəhətdən, fluosinolon asetonid molekulu SMO reseptorunun agonistidir. SMO reseptoru embrionun əmələ gəlməsi, toxuma regenerasiyası, kök hüceyrələrinin yenilənməsi və xərçəng hüceyrələrinin böyüməsi ilə əlaqələndirilir.
Farmakokinetika Dəri səthindən sorulduqdan sonra plazma zülallarına bağlanır və əsasən qaraciyərdə metabolizmə uğrayır. Böyrəklər vasitəsilə xaric olur.
İstifadəsində göstərişlər Qeyri-mikrobial etiologiyalı iltihabi və allergik dəri xəstəlikləri (seboreik dermatit, müxtəlif mənşəli və lokalizasiyalı ekzema, neyrodermatit, dəri qaşınması, psoriaz, günəş yanığı, həşərat dişləmələri və quru dəri ilə müşayiət olunan digər xroniki iltihabi və allergik dəri xəstəlikləri).
Əks göstərişlər Dərmanın əsas komponentlərinə qarşı yüksək həssaslıq. Bakterial, virus, göbələk mənşəli dəri xəstəlikləri. Anogenital qaşınma, pioderma, dəri şişləri. Yoluxucu dəri xəstəlikləri, sifilisin dəri təzahürləri, dəri vərəmi, uşaq bezi səpgisi, rozasea, geniş psoriatik səpgilər (lövhələr), varikoz damarları ilə əlaqəli ayaq trofik xoraları, dəri xərçəngi, nevus, ateroma, melanoma, hemangioma, ksantoma, sarkoma, hamiləlik və ana südü ilə qidalanma, uşaqlar (1 yaşa qədər). Yetkinlik dövründə qızlarda ehtiyatla istifadə edin.
İstifadə qaydası Xaricə tətbiq edilir. Əvvəlcədən antiseptik məhlulda isladılmış tamponla silinmiş dəriyə az miqdarda məlhəm gündə 2-4 dəfə çəkilir. Müalicə müddəti vəziyyətdən asılıdır və adətən 5-10 gün, daha uzun müddətli hallarda isə 25 günə qədərdir. Məlhəm dermatozların quru formaları üçün daha məqsədəuyğundur.
Əks təsirlər İkinci dərəcəli yoluxucu dəri xəstəlikləri və atrofik dəyişikliklər (yanma, qaşınma, quru dəri, steroid sızanaqlar, follikulit ) inkişaf edə bilər. Uzun müddət istifadə edildikdə hipertrixoz, alopesiya (xüsusilə qadınlarda), dəri atrofiyası və piqmentasiya pozğunluqları yarana bilər. Böyük səthlərə tətbiq edildikdə, sistemik təzahürlər ( qastrit, steroid mədə xorası, böyrəküstü vəzi çatışmazlığı, İtsenko-Kuşinq sindromu, steroid şəkərli diabet və gecikmiş reparativ proseslər) baş verə bilər.
Qarşılıqlı təsirlər Antimikrob maddələrlə uyğundur. Hipertenziv, diuretik, antiaritmik və kalium qoruyucu maddələrin aktivliyini azaldır. Diuretiklər (kalium qoruyucu maddələr istisna olmaqla) hipokaliemiya riskini artırır.
Göstərişlər Dərinin kiçik sahələrində yalnız qısa müddətli istifadə edilməlidir. Üzə çəkmək olmaz. Gözlərlə təmasdan çəkinməli. Uşaqlarda müalicə 5 gündən çox olmamalıdır. Müalicə zamanı boş geyim geyinmək tövsiyə olunur. Yerli yoluxucu ağırlaşmaların qarşısını almaq üçün bu dərmanı antimikrob maddələrlə birlikdə təyin etmək tövsiyə olunur.
Doza həddinin aşılması Məlhəm tətbiq olunduğu yerdə qaşınma, yanma hissi, hiperqlikemiya və Kuşinq sindromu yarana bilər. Müalicə: dərmanın tədricən dayandırılması ilə simptomatik.
Saxlanma şərtləri 25 dərəcədən çox olmayan temperaturda, uşaqların əli çatmayan yerdə.
Mənbələr
Kateqoriya:Dərmanlar Kateqoriya:Flüorlu üzvi birləşmələr