Saksoniyalı Marqarita (; ) — Saksoniya kralı Conun qızı, Avstriya hersoginyası. Eyni zamanda, Saksoniya kralları I Albert və I Georqun bacısıdır.
24 may 1840-cı ildə Drezdendə dünyaya gəldi. Atası Saksoniya kralı I Con, anası isə Bavariya kralı I Maksimilyanın qızı Şahzadə Amaliya Avqustadır. 4 noyabr 1856-cı ildə Drezdendə xalası oğlu hersoq Avstriyalı Karl Lüdviqlə evləndi. Cütlük bir-birini sevsə də, övladı olmadı. İtaliyaya etdikləri rəsmi ziyarət əsnasında yoluxduğu tifus xəstəliyi səbəbilə 15 sentyabr 1858-ci ildə hələ 18 yaşında ikən Montsada vəfat etdi.
Mənbə
Ədəbiyyat
King, Greg; Woolmans, Sue (2013-09-03). The Assassination of the Archduke: Sarajevo 1914 and the Romance That Changed the World. St. Martin's Publishing Group. ISBN 978-1-250-03867-8 The Sydney Mail. The Sydney Mail
İstinadlar Kateqoriya:Almanlar