Ayətullah Seyid Həsən Amuli Kalxoran () və ya Ərdəbil Əyalət Mollası — Azərbaycan əsilli İran şiə fəqihi və müctəhidi, İranın Ali Rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə namazının pişnamazı, Ərdəbil əyalətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi.

Həyatı Seyid Həsən Amuli 5 iyun 1962-ci ildə Ərdəbilin Məhəmmədiyyə məhəlləsində doğulub. O, Ərdəbilin ota təhsilini Cəfəri İslam Məktəbində, ali təhsilini isə 1988-ci ildən Qum Seminariyasına alıb, Ayətullah rütbəsinə qədər qalxıb, Tehran Universitetindən fiqh və İslam hüququnun əsasları üzrə doktorluq dərəcəsi əldə edib.

İranın Ali Rəhbərinin nümayəndəsi 22 noyabr 2002-ci ildə Muroj Ərdəbilinin vəfatından və Əhməd Fateminin qısamüddətli Ali Rəhbərin nümayəndəsi və Cümə namazının pişnamazı vəzifələrində olduqdan sonra Həsən Amuli Seyid Əli Xameneinin fərmanı ilə İranın Ali Rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi, habelə Ərdəbil şəhərinin cümə namazının pişnamazı vəzifəsinə təyin edilib.

Azərbaycanla münasibəti Azərbaycan hökümətinin və rəsmilərinin ailələri haqqında təhqiramiz ifadələr işlətməsindən sonra Azərbaycan Prezidenti Ərdəbil cümə namazının pişnamazı olan Ayətullah Amulinin vəzifədən azad edilməsini tələb edib. Öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyev Həsən Amulini "əyalət mollası" adlandırıb. Ondan sonra Azərbaycan mediasında Həsən Amuli daha çox "əyalət mollası" kimi tanıdılıb.

Əsərləri Hədis və Quranda çəkilərin sirri;سید حسن عاملی darolershad.org Sevgi və saflıq haqqında hekayə və rəvayətlər;درس اخلاق آیة الله مشگینی در جمع رزمندگان اسلام darolershad.org Yas Əxlaqı və Fəlsəfəsi; Peyğəmbərin (s) evlilik haqqındakı hökmlərinin toplusu; Ləyaqətin Sonuna: Qadınların Şəxsiyyəti, Hicabı və İffəti haqqında Tədqiqat; Təfsir, Vəhhabilik haqqında qırx sual; Səhər Bayan; Mədinədən Mədinəyə; Hüseynin (əleyhissalam) karvanı ilə; Vəhy Məhsulu ilə Bağlı Təfsir Atəşi: Vəhhabi Firqəsi haqqında araşdırma; Bağışlanma, kompensasiya yoxdur, yalnız bədbəxtlik və itki.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran azərbaycanlısı ayətullahlar Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:1962-ci ildə doğulanlar Kateqoriya:Türkçülük Kateqoriya:Yaşayan insanlar Kateqoriya:İran azərbaycanlıları