Rusiyadakı türklər — Rusiyada yaşayan türklər. İcma əsasən Ahısqa türkləri"Meskhetian Turks" və Türkiyədən gələn mühacirlərin uşaqları, həmçinin qarışıq etnik mənşəli insanlardan ibarətdir.
Tarixi Osmanlı köçü 1926-cı il Sovet İttifaqının ilk siyahıyaalınmasında SSSR-də yaşayan 8570 Osmanlı türkü qeydə alınıb. 1920-ci illərdə Rusiyada yaşayanların sonradan rus cəmiyyətinə assimilyasiya olunduqları və ya ölkəni tərk etdikləri güman edildiyi üçün Osmanlı türkləri artıq ayrı bir qrup kimi qəbul edilmir.
Axısqa türklərinin köçü Rusiya əhalinin siyahıya alınmasına görə Rusiyadakı Türklər Siyahıyaalma ili Türklər 1939 2.936 1959Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по республикам СССР 1.377 1970Всесоюзная перепись населения 1970 года. Национальный состав населения по республикам СССР 1.568 1979Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по республикам СССР 3.561 1989Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР 9.890 2002Всероссийская перепись населения 2002 года. Национальный состав населения по регионам России 95.672 2010Всероссийская перепись населения 2010 г. Национальный состав населения Российской Федерации 109.883 2021 120.800 İkinci Dünya Müharibəsi illərində Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlamağa hazırlaşırdı. Həmin vaxt xarici işlər naziri postunu tutan Vyaçeslav Molotov Türkiyənin Moskvadakı səfirinə üç Anadolu vilayətinin (Qars, Ərdahan və Artvin) Türkiyəyə verilməsi xahişi ilə müraciət edib. Beləliklə, Türkiyəyə qarşı müharibə mümkün görünürdü və İosif Stalin Türkiyə-Gürcüstan sərhəddində yerləşən Axalsix şəhərində strateji əhəmiyyətli türk əhalisinə qarşı soyqırım törətmək istəyirdi, çünki bölgədəki türklər Rusiya-Türkiyə müharibələri zamanı Osmanlıya sadiq olmuşlar və buna görə də böyük ehtimalla Sovetlərə düşmən olacaqdılar. 1944-cü ildə Ahısqa türkləri Türkiyə sərhədi yaxınlığındakı qohumları ilə əməkdaşlıq etməkdə qaçaqmalçılıq, quldurluq və casusluqda günahlandırılaraq Gürcüstanın Axalsıx şəhərindən zorla çıxarıldılar.История турок-ахыска Bu zaman İkinci Dünya Müharibəsi cəbhələrində 46 min Ahısqa türkü vuruşurdu, onlardan 26 mini vəfat etmişdi. Lakin buna baxmayaraq, vətənə qayıdanların hamısı, o cümlədən yüzlərlə igidliyə görə orden və medallarla təltif edilənlər, 8 Sovet İttifaqı Qəhrəmanı deportasiya yerlərinə göndərildi.
Sovet hakimiyyəti Fərqanə vadisindən demək olar ki, hamısı türk mənşəli olan 17 min Ahısqa türkünün Rusiyaya köçürülməsi haqqında rəsmi fərman verdi. Özbəkistanın digər bölgələrindən olan daha 70.000 Ahısqa türkü tezliklə, əsasən Azərbaycan və Rusiyaya köçürüldü.
1970-ci illərin sonlarında Stavropol və Krasnodar rəsmiləri Özbəkistanın müxtəlif bölgələrinə səfər edərək Ahısqa türklərini Rusiyanın cənubundakı kənd təsərrüfatı müəssisələrində işləməyə dəvət edirdilər. 1985-ci ildə Moskva etnik ruslar tərəfindən tərk edilmiş kəndlərə Ahısqa türklərini məskunlaşmağa təklif etdi. Lakin Ahıska türklərinin cavabı belə oldu ki, onlar Özbəkistanı ancaq öz vətənlərinə getmək üçün tərk edəcəklər.
1989-cu ildə Özbəkistanın Fərqanə bölgəsində yaşayan Ahısqa türklərinə qarşı yerli özbəklər tərəfindən gercəkləşdirilmiş etiraz aksiyaları başladı. Hadisələr nəticəsində, dəqiq necə nəfərin öldürüldüyü məlum olmasa da, həmin ildən etibarən Özbəkistanda yaşayan 100 minə yaxın Ahısqa türkü bölgəni tərk edərək, qonşu ölkələrin ərazilərinə sığınmışdır. Günlərlə davam edən üsyanlara görə təxminən 17.000 Ahısqa türkü Rusiyaya köçürüldü. Ahısqa türkləri özbək üsyanlarını Moskvanın planlaşdırdığını iddia edirdilər.
Özbəkistanın Fərqanə vilayətində yaşayan 20 minə yaxın Ahısqa türkünə baş verən faciəli hadisələrdən sonra Sovet Ordusu tərəfindən Azərbaycana, Krasnodar diyarına, Qırğızıstana və Qazaxıstana aparılaraq orada məskunlaşmağa icazə verildi.
Demoqrafiyası 2010-cu il Rusiya əhalisinin siyahıya alınmasına görə, 105.058 nəfər özünü "türk", 4.825 nəfər isə "Ahısqa türkü" olduğunu bildirmişdir. Buna görə də siyahıya alınma ölkədə cəmi 109.883 türkün yaşadığını göstərdi.
Diskriminasiyası BMT İnsan Hüquqları Komissiyasının məlumatına görə, Rusiyadakı, xüsusən də Krasnodardakı Ahısqa türkləri yerli əhalinin düşmənçiliyi ilə üzləşib. Krasnodardan olan Ahısqa türklərinə qarşı ciddi insan hüquqları pozuntuları, o cümlədən vətəndaşlıqdan, mülki, siyasi və sosial hüquqlardan məhrum edilmə, mülk sahibi olmaq və işləmək qadağası edildiyi bildirilir. 2004-cü ildən bəri bir çox Ahısqa türkü Krasnodar bölgəsini tərk edərək qaçqın kimi digər ölkələrə getməyə başlayıb.
Həmçinin bax Axısqa türkləri Axısqa türklərinin deportasiyası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Axısqa türkləri Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan müsəlman etnik qruplar