Erimtan Arxeologiya və İncəsənət Muzeyi və ya Erimtan Muzeyi — Ankarada yerləşən özəl arxeologiya və incəsənət muzeyi. Türkiyə paytaxtının böyükşəhər bələdiyyəsinin Altındağ ilçəsində yerləşir. Muzey türkiyəli iş adamı, filantrop Yüksel Erimtanın kolleksiyası əsasında yaradılıb. Bu səbəbdən onun adını daşıyır. Muzeydə Yüksel Erimtanın şəxsi kolleksiyasına daxil olan Hetlər, Urartu, Roma imperiyası və Bizans imperiyası dövrlərinə aid əşyalar nümayiş olunur və incəsənətin bütün sahələri üzrə tədbirlər keçirilir. Ankaranın ilk özəl muzeyi olan mədəni müəssisə 14 mart 2015-ci ildə açılıb.

Muzeyin tarixi Muzey 2015-ci ildə Yüksel Erimtan Mədəniyyət və İncəsənət Fondunun nəzdində yaradılıb. Ankaranın Qala Meydanındakı üç köhnə bina memarlar Ayşen Savaş, Can Aker və Onur Yüncü rəhbərliyi altında muzey binalarına çevrilib.

14 mart 2015-ci ildə Ankaranın ilk özəl muzeyi olaraq ictimaiyyət üçün açılıb. Nazan Gezer 2016-cı ildən muzeyi idarə edir.

Muzey Ankara qalasının yaxınlığında yerləşir. Qərbində Anadolu Mədəniyyətləri Muzeyi, cənubunda isə Çengelhan Rəhmi Koç Muzeyi yerləşir. Muzeyə Anadolu Mədəniyyətləri Muzeyi Müdirliyi nəzarət edir.

Muzey binası Muzey Ankara qalası qarşısında üç köhnə binadan ibarətdir. Ayşen Savaş, Can Aker və Onur Yüncü tərəfindən hazırlanmış layihəyə əsasən, binanın xarici görünüşü tarixi görünüş ilə uyğunlaşmaq üçün qala divarlarına bənzər daşlarla inşa edilib və dar pəncərələrlə tamamlanır.

Muzeyin daxili divarları Roma dövründəki kimi yazılarla bəzədilib və sərgi sahəsinin tək bir böyük zaldan ibarət olması planlaşdırılıb.

Sərgi sahəsindən əlavə, muzeydə çoxməqsədli zal, təhsil emalatxanası, kafe və kitabxana da fəaliyyət göstərir. Kolleksiyası Erimtan Arxeologiya və İncəsənət Muzeyinin kolleksiyası, əsasən Anadolu mənşəli təxminən iki min əsərdən ibarət özəl arxeoloji kolleksiyadır. Kolleksiyaya əsasən Geç Ellinizm və Roma dövrlərinə aid olan Hetlər, Urartu, Assuriya, Əhəməni və Bizans kimi müxtəlif sivilizasiyalara və dövrlərə aid əşyalar, məsələn, kasalar, küplər, fincanlar, ölçü stəkanları, ətir şüşələri, şüşə və saxsı qablar, zərgərlik əşyaları, güzgülər və sikkələr daxildir.

Roma dövrünə aid əsərlər ziyarətçilərin gündəlik Roma həyatı ilə tanış olmasına imkan verən bir tərtibatda nümayiş etdirilir. Bu məqsədlə əsərlər onları qeyd edən yazılı mənbələrlə birlikdə təqdim olunur.

Tədbirlər Muzey müasir materiallar və arxeoloji əsərlər arasındakı boşluğu aradan qaldırmaq üçün sərgilər, konsertlər və müxtəlif mədəni fəaliyyətlər təşkil edir.

Çərşənbə axşamı konsertləri 2015-ci ildə açıldığı gündən bəri muzey il ərzində "Muzeydə musiqi / Çərşənbə axşamı konsertləri" şüarı altında bir sıra kamera musiqisi konsertləri keçirib. Təxminən 160 nəfərlik salonda keçirilən konsertlərə bədii rəhbərlik Şefik Kahramankaptan tərəfindən həyata keçirilir.

Muzeyə giriş ödənişlidir. 12 mart muzeyin açılış günü, ziyarət ödənişsizdir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Erimtan Arkeoloji ve Sanat Müzesi Koleksiyonu ANKARA Erimtan Arkeoloji ve Sanat Müzesi Erimtan Arkeoloji ve Sanat Müzesi Ayşen Savaş, Can Aker ve Onur Yüncü tarafından Ankara Kalesi içinde tasarlanan Erimtan Arkeoloji ve Sanat Müzesi 2015 yılında ziyarete açıldı. Erimtan Arkeoloji ve Sanat Müzesi

Kateqoriya:Türkiyə muzeyləri Kateqoriya:Altındağ tikililəri Kateqoriya:Ankara muzeyləri Kateqoriya:Türkiyədəki arxeologiya muzeyləri