Burbonlu Luiza (; ) — Fransa kralı XV Lüdovikin qızı. 1770-ci ildə Sen-Auqustinli Tereza () adını alaraq Karmelit təriqətinə qoşuldu. 1773-1779 və 1785-1787-ci illərdə təriqətin baş rahibəsi kimi xidmət etdi. 1997-ci ildə papa II İohann Pavel tərəfindən müqəddəs elan olundu.
15 iyul 1737-ci ildə Versal sarayında dünyaya gəldi. Atası Fransa kralı XV Lüdovik, anası isə Reç Pospolita kralı Stanislav Leşşinskinin qızı Mariya Leşşinskidir. Kralın böyük qızlarından fərqli olaraq bacıları Madam Viktoriya və Madam Sofiya ilə birlikdə Versal sarayında böyümədilər. Atasının baş nazirinin verdiyi tövsiyə ilə, şahzadələrin saray xərcləri çox olduğundan Luiza və bacıları 1738-ci ildə Fontevro monastırına göndərildilər. Burada dini və dünyəvi təhsil aldılar. 16 yaşına qədər burada yaşayan Madam Luiza 1750-ci ildə Versala qayıda bildi. Ancaq saray həyatına öyrəşə bilmədi və atasının verdiyi xüsusi icazəylə 16 fevral 1770-ci ildə Karmelit təriqətinə qoşuldu. Sen-Auqustinli Tereza () adını aldı və qalan həyatını rahibə kimi yaşadı.
23 dekabr 1787-ci ildə vəfat etdi. Cənazəsi Fransız inqilabı əsnasında dağıdılan Sen-Deni bazilikasına dəfn edildi.
Mənbə
Ədəbiyyat
Vincent, Bernard, Louis XVI, Folio, coll. "Folio biographies", February 2006, 368 p. ISBN 978-2070307494, p. 23 Algrant, Christine Pevitt (2002). Madame de Pompadour: Mistress of France. Grove Press. p. 74. ISBN 978-0802140357
İstinadlar
Kateqoriya:Xristianlıq